Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:38

Gülər Əhmədova: «Ürək ağrılarından əziyyət çəkirəm»


Gülər Əhmədova (Arxiv foto)
Gülər Əhmədova (Arxiv foto)
-
Keçmiş millət vəkili Gülər Əhmədovanın səhhətində yenidən problemlər yarandığını deyir.
Bu barədə APA-ya açıqlama verən G. Əhmədova bildirib ki, hazırda evdə müayinə altındadır: «Ürək ağrılarından əziyyət çəkirəm. Eyni zamanda beyindaxili qan dövranında da problemlər var».
G. Əhmədova istintaqın gedişatı ilə bağlı hələlik hər-hansı bir yeniliyin olmadığını bildirib: «İstintaq gedir və hələlik heç bir yenilik yoxdur».
Keçmiş deputat bir müddət əvvəl dünyasını dəyişən Sevinc Babayevanın oğlunun onun barəsində səsləndirdiyi ittihamlara da cavab verib: «Mən onunla polemikaya girmək istəmirəm. Çünki nə mənim səviyyəm, nədə ki mənim yaşım buna yol vermir. Onunla vəkilim məşğul olur».
G. Əhmədova vəkil tutduğunu bildirsə də, onun adını açıqlamayıb: «Vəkilimin mətbuatda adının hallanmasını istəmirəm».
XS
SM
MD
LG