Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:55

İqtisadi azadlıqda Azərbaycan dünyada 88-ci yerdədir


Arxiv foto
Arxiv foto
-
Dünyada iqtisadi azadlıq 59,6 bal toplayıb. Bu, keçən ildəkindən 0,1 bal yuxarıdır.
İqtisadi cəhətdən dünya son bir ildə cüzi də olsa, daha azad olub.

19 ildir ki, ABŞ-ın Heritage Foundation təşkilatı və Wall Street Journal qəzeti İqtisadi Azadlıq İndeksi adlı hesabat hazırlayırlar.

AZƏRBAYCAN

Yeni yayılan 2013-ci il üçün hesabatda Azərbaycan iqtisadi azadlığın vəziyyətinə görə, 177 ölkə arasında 88-ci yerdədir.
Azərbaycan “əsasən azad olmayan ölkələr” sırasına salınıb.
Azərbaycan ümumilikdə 59,7 bal alıb.
Yəni, həm tutduğu yerə, həm topladığı bala görə Azərbaycan dünyada düz ortadadır.

Azərbaycan topladığı bala görə, keçən illə müqayisədə irəliləyib, ancaq 2011-ci illlə müqayisədə eyni vəziyyətdədir.

Azərbaycan iki sahədə ən aşağı qiymətlər alıb. Biri korrupsiyadan azad olmaqdır- burda Azərbaycana 24 bal verilib.

Bundan azca yuxarıda Azərbaycanda əmlak hüquqlarının qorunmasına verilən qiymətdir- 25 bal.

Maliyyə azadlığı 40 bal, investisiya azadlığı 55 bal yığıb.

Müqayisə üçün, Azərbaycanda biznes azadlığına 69, ticarət azadlığına 77 bal verilib.

İşçi azadlığı 79 bal alıb.

HONQ KONQ LİDERDİR

Dünyanın ən azad ölkələri və ya yerləri isə yenə Honq Konq və Sinqapurdur.

Birinci onluq belədir:
1.Honq Konq
2. Sinqapur
3. Avstraliya
4. Yeni Zelandiya
5. İsveçrə
6. Kanada
7. Çili
8. Mavritaniya
9. Danimarka
10. ABŞ





ƏN BÖYÜK İRƏLİLƏYİŞ

Dünyada iqtisadi azadlıqda ən böyük irəliləyiş etmiş ölkə Gürcüstandır. Gürcüsatn bir ildə 2,8 bal artıq toplayaraq 72,2 balla “əsasən azad olan ölkələr” sırasına düşüb.
Gürcüstan 21-ci yerdədir.

Ermənistan 69 balla 38-ci yeri alıb. Ermənistan necə deyərlər, orta hesabla azad hesab oluna bilən ölkələr sırasına salınıb.

ƏN GERİDƏ OLANLAR

İqtisadi azadlıq indeksində ən aşağıda olan ölkələr isə bunlardaır:
168-ci yer. İran
171. Türkmənistan
174. Venesuela
176. Kuba
177. Şimali Koreya
XS
SM
MD
LG