Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:43
12 yanvar "Əsgər ölümünə son!" etiraz aksiyasının görüntüləri - əvvəldən sona kimi
Gözlə

No media source currently available

0:00 0:05:04 0:00

12 yanvar "Əsgər ölümünə son!" etiraz aksiyasının görüntüləri - əvvəldən sona kimi

Bakıda «Əsgər ölümünə son» aksiyası [Video]

Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə ölən Ceyhun Qubatovla bağlı yanvarın 12-də «Fəvvarələr» meydanında aksiya keçirilib Rəsmilər ilkin olaraq Ceyhun Qubatovun ürək çatışmazlığından öldüyünü bildirsələr də, onun döyülərək öldürüldüyünü iddia edənlər də var. Bundan sonra «Facebook» sosial şəbəkəsində «Əsgər ölümünə SON» kampaniyasına start verilib. AzadlıqRadiosunun müxbirləri hadisə yerindən xəbər verirlər.

20:50 12.1.2013
Aksiya zamanı 100-ə yaxın etirazçının saxlandığı bildirilir.

Daxili İşlər Nazirliyi aksiyada saxlananlar barədə hər hansı məlumat yaymayıb. Nazirlikdən bunu saxlananların olmaması ilə əlaqələndirirlər.

AXCP və Müsavatdan verilən məlumata görə isə, təkcə iki partiyanın 50 nəfər üzvü saxlanıb. (21 nəfər AXCP, 29 nəfər Müsavat)

Saxlananlardan 41 nəfərin Səbail və Xətai polisində olduğu dəqiqləşsə də, elə bir o qədər aksiyaçının harada saxlandığı bəlli deyil.

Bir qədər əvvəl Səbail Polis İdarəsindən buraxılan jurnalist Elmin Bədəlov AzadlıqRadiosuna deyib ki, idarəyə 30 nəfər gətirilib. Sonradan jurnalist olduğu üçün onlardan 4-ü buraxılıb.

Səbail Polis İdarəsinin qarşısında olan AXCP üzvlərindən aldığımız məlumata görə, saxlananların məhkəməyə aparılması ilə bağlı hazırlıqlar gedir. Əraziyə əlavə maşınlar gətirilib.
19:37 12.1.2013
Bakıda əsgər ölümünə etiraz olaraq keçirilən aksiyada bir neçə nəfər saxlanıb.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib.

S.Bağırov qeyd edib ki, bir qrup gənc paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib:

«Polis qanunsuz aksiya cəhdinin qarşısını alıb. Aksiyada bir neçə nəfər saxlanıb. Yəqin ki, onlar inzibati qaydada cəzalandırılacaqlar».
19:36 12.1.2013

Davamı

XS
SM
MD
LG