Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:50

Aksiyaya görə cərimələnənlərə «5 qəpiklik» dəstək


Yanvarın 12-də «Əsgər ölümlərinə «son» aksiyasında iştiraka görə cərimə olunanlara dəstək üçün Facebook-da «5 qəpiklik» səhifəsi yaradılıb.

Təşkilatçılar 5 qəpik yığıb, məhkəməyə verməyi təklif ediblər. Əgər Apellyasiya Məhkəməsi cərimələrlə bağlı qərarı ləğv etməsə, toplanacaq pullar cərimələr üçün istifadə olunacaq.

Əgər fəallar cəriməni ödəməkdən imtina etsələr və ya ödəməli olmasalar, toplanan vəsait həlak olmuş əsgərlərin ailələrinə yardım kimi veriləcək.

Pullara nəzarət, şəffaflığın təmin olunması və qərarların verilməsi üçün fəal gənclərdən ibarət qrup da formalaşdırılıb.

Kampaniyaya dəstək üçün 1, 3, 5, 10, 20, 30, 50 manatla və ya 5 qəpiklərlə ianə verə bilərlər. Ən çox 50 AZN məbləğində dəstək verilə bilər. Pullar cərimə kimi ödənilməli olsa qəpiyə çevriləcək. Cərimə ödənməsə, manat kimi həlak olmuş əsgər ailələrinə yardım kimi veriləcək.

İanələrin şəffaflığı üçün doldurulan formalardakı məlumatlar hər gün elan ediləcək.

Yanvarın 14-də Nəsimi və Səbayel rayon Məhkəmələri 12 yanvar aksiyasında iştirak etdikləri üçün 23 gənci 300-600 manat cərimələyib.
XS
SM
MD
LG