Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:57

Səməd Seyidov: “İnsan haqlarını alət kimi ölkəyə qarşı yönəltmək düzgün deyil"


Səməd Seyidovun Azadlıqradiosuna müsahibəsi
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Səməd Seyidovun Azadlıqradiosuna müsahibəsi


Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyində Azərbaycanın bu qurum qarşısında öhdəliklərinin yerinə yetirilməsinə həsr olunmuş hesabatla yanaşı, almaniyalı deputat Christoph Strässer-in «Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar» adlı məruzəsi də yer alır.

Azərbaycan parlamentinin nümayəndə heyətinin sədri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində AŞPA-da müzakirələrin heç vaxt asan keçmədiyini və ciddi müzakirələr gözlədiklərini bildirib:

“Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq etməyə həmişə hazırdır və əməkdaşlıq da gedir.

Birinci, Monitorinq Komitəsinin məruzəsini götürsəniz, çox tənqidi bir məruzədir. Burada Azərbaycanın içərisində olan prosesləri əhatə edən məsələlər, suallar, tənqidi məqamlar var. Ancaq biz tənqiddən heç vaxt qaçmamışıq, əksinə konstruktiv tənqidi biz nəzərə alırıq. Hansı məsələ Azərbaycana qarşı reallığı əks etmir, onu da konkret olaraq ortaya qoyuruq”.

Səməd Seyidov deyir ki, siyasi məhbuslarla bağlı olan ikinci məruzə tamamilə başqa məqsəd daşıyır və bu, Azərbaycana qarşı yönəlmiş bir cəhddir:

“Bu nöqteyi-nəzərdən, mövqeyimiz dəfələrlə açıq şəkildə deyilib. Təbii müzakirələr zamanı da biz bununla bağlı öz münasibətimizi bildirəcəyik ki, insan haqlarını alət kimi istifadə edib, ölkəyə qarşı yönəltmək əsla düzgün deyil”.

AzadlıqRadiosunun müxbirinin “Siz hesab edirsiz ki, Azərbaycanda siyasi məhbus problemi ümumiyyətlə yoxdur?” sualına cavabında isə S. Seyidov bildirib ki, ölkədə insan haqları problemi mövcuddur və onların həlli istiqamətində xeyli işlər görülməlidir, lakin insan haqları problemlərini siyasiləşdirmək, bundan istifadə edib ölkəyə təsir göstərmək düzgün bir məsələ deyil:

“Hansı ölkə desə ki, onun insan haqları ilə bağlı problemi yoxdur, bu yalan, obyektiv mövqe olmaz. Əlbəttə insan haqları ilə bağlı problemlər var. Bəyəm Fransada yoxdur, İngiltərədə, ABŞ-da və ya Azərbaycanda, Ermənistanda, Gürcüstanda yoxdur? Var, ancaq yenə də deyirəm, bizim qarşı çıxdığımız məsələ - insan haqlarını siyasiləşdirmək və bundan istifadə edərək ölkəyə qarşı təzyiq göstərməkdir”.

- Bu baxımdan demək olarmı ki, AŞPA-nın birinci, Monitorinq Qrupunun məruzəsi ilə bağlı probleminiz yoxdur və ümumən səs verə bilərsiz?

- Çox inanmıram, bizdə nümayəndə heyətində iqtidar, müxalifət və bitərəflər də var. Orda onlar öz mövqelərini bildirəcək, mən bir iqtidar nümayəndəsi kimi bir sıra məsələlərlə heç cür razılaşmıram.

Ancaq məsələ mənim razılaşıb-razılaşmamağımda deyil. Söhbət ondan gedir ki, dialoq qurulmalıdır, konstruktiv fikir mübadiləsi aparılmalıdır. Əgər bir tərəf hər şeylə razılaşsa və ya imtina etsə, onda bu dialoq olmaz. Mən neçə ildir Avropa Şurasındayam, eyni mövzuya heç vaxt iki məruzə həsr olunmayıb. Absurd bir məsələdir.

Almaniyalı deputat Christoph Strässer-in Azərbaycana gəlmək üçün hələ də viza ala bilməməsinə gəlincə isə, Səməd Seyidov problemin vizada olmadığını deyir. Onun sözlərinə görə, AŞPA-nın prosedura qaydalarına görə, məruzə hazırlayan və ya məruzəçi öncədən ölkə haqqında fikir söyləməməlidir və bunu edən şəxs ən azı hansısa başqa məqsədlər güdür:

- Düzdür, indi bunu əllərində bayraq edirlər ki, viza verilmədi, belə-elə. Lakin Azərbaycan hər kəs üçün açıqdır, o cümlədən də cənab Strässer üçün də. O əvvəllər müxtəlif missiyaların tərkibində Azərbaycanda dəfələrlə olub, heç bir problem olmayıb. Ancaq məruzəçi kimi “a priori” ölkə haqda ölkəni gedib öyrənmədən, məsələləri təsdiq etmədən, müxtəlif qeyri-dövlət təşkilatlarından sənədləri yığıb məruzəni təqdim edə bilməzsən. O, əvvəlcədən mənfi fikir bildirməməli idi, bu prosedur qaydadır.

S. Seyidov artıq neçə ildir ki, Azərbaycanın Avropa Şurasının üzvü olmasına rəğmən, hələ də bu qurumda Azərbaycanın öhdəlikləri, siyasi məhbus məsələsinin gündəlikdə olmasının qəribə görünməsinə dair suala cavabı belə olub:

- Mənə Avropa Şurasında yalnız bir şey qəribə gəlir, 2005-ci ildə qəbul edilən Dağlıq Qarabağ haqda qətnamənin bir bəndini belə həyata keçirtməməsi, bir milyona yaxın qaçqın və köçkünün hüquqları haqda hansısa bir addım atmaması çox qəribə olan haldır.

Sonda yanvarın 23-dəki müzakirələrdə hansısa qətnamənin qəbul edilib-edilməyəcəyinə münasibət bildirən Səməd Seyidov deyib ki, bir nəfərin hazırladığı məruzə əsasında Azərbaycan bu qədər təzyiqi qəbul etməyəcək və təzyiq, təzyiqə bərabərdir.
XS
SM
MD
LG