Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:39

Gürcüstanda amnistiya - kriminalları buraxırlar


Georgia -- Rustavi prison N16. Rustavi, 2Nov2012.
Georgia -- Rustavi prison N16. Rustavi, 2Nov2012.
GÜRCÜSTANDA AMNİSTİYA

Gürcüstanda ötən həftədən icrasına başlanan amnistiya aktında görə 3 500 məhbus azad olunur, daha 2 minə yaxını da buraxılacaq. İvanishvili hökuməti bəyan edir ki, tutulanların əksəriyyəti siyasi motivlərlə tutulanlar, və ya həbsxanada qeyri-qanuni rəftarla üzləşənlər – işgəncə görənlər olub.

Tbilisidəki Qldani həbsxanasından ilk məhbuslar da ötən həftədən buraxılmağa başlayıb. Onları yaxınları göz yaşları ilə qarşılayıb. Artıq azadlıqda olmasına görə yox, həm də daha təhlükəsiz yerdə olacaqlarına görə sevinirdilər.

Çünki məhz bu həbsxanadan çəkilən görüntülər ötən il oktyabrda televiziyalarda yayımlanmışdı. Məhbusların döyülməsi və zorlanması görüntüləri seçkilərə təsir etmişdi və oktyabrda hakimiyyətin dəyişməsində rol oynadı.

İndi azadlığa çıxanlar bu cür davranışın həbsxanalarda adi praktika olduğunu deyirlər. üstəlik, əksəriyyəti özlərini siyasi məhbus sayırlar – bəziləri 2011-ci ilin Mayında keçirilən aksiyada tutulmasını əsas gətirir.


ƏSLİNDƏ KİMLƏRİ BURAXIRLAR?

BBC-nin müxbiri Damien McGuinness deyir ki, əslində həmin aksiyada məni də vardım və onları tanıya da bilərdim. O aksiya dinc başlasa da zorakılıqla nəticələnmiş və 4 nəfər də ölmüşdü.

Polis həmin vaxt daş atanları – dəmir çubuqlarla silahlananları dağıdanda bundan dinc aksiyaçılar da paylarını aldılar, jurnalistlər də. Döyülənlərin içində elə məqalə müəllifi də olub.

Amma Damien həm də yazır ki, həmin aksiyada bəziləri doğrudan da dinc aksiyaya gəlməmişdi. Hələ polislər gəlməmişdən bəziləri səkidən daşları sökür, bəziləri armaturlarını hazırlamışdı. Soruşanda ki, bunlar kimdir, aksiyaçılar deyirdilər ki, onlar dava axtaran oğrular, kriminallardır.

Elə indi həbsxanadan buraxılanları görəndə də Gürcüstanda çoxları narahat olurlar ki, azadlığa çıxanlar məhz kriminallardır.


10 İL ƏVVƏL GÜRCÜSTAN...

Prezident Mikheil Saakashvili də indiki hökuməti cinayətkarları cəmiyyətə buraxmaqda ittiham edib. Ötən həftə azadlığa buraxılan 200 nəfərdən 8-i rəsmən “vor zakon”, 20-ə yaxını isə lotular – kriminal avtoritetlər olub.

Gürcü cəmiyyətində bu amnistiyadan narahat olanlar 10 il əvvəli yaxşı xatırlayırlar. Saakashvili hakimiyyətə gələnə qədər Gürcüstan kriminallar – “vor zakon”lar və mafiyalar tərəfindən idarə olunurdu. Ölkədə cinayətkarlıq geniş yayılmışdı, bizneslə məşğul olmaq üçün mafiyalardan hansınasa pay verirdin, polis rəisləri isə az qazandığından asanca korrupsiyaya qurşanırdılar. Oğurluq o qədər geniş yayılmışdı ki, insanlar küçədə maşını saxlayanda özləri pəncərəni açıq saxlayırdılar ki, oğrular şüşəni sındırmadan maşını açıb baxa bilsinlər.


SAAKASHVİLİNİN KRİMİNALLA MÜBARİZƏSİ

2003-cü ildə Saakashvili Qızılgül inqilabıyla hakimiyyətə gələn kimi, məhz kriminalın üstünə düşüb. Polislərin demək olar ki, hamısını işdən çıxarıb, yerinə gəncləri götürüblər. Yaxşı da maaş verirdilər ki, korrupsiyaya qurşanmasınlar. Kriminal bossları bir-bir ya içəri atırdılar, ya da özləri qaçıb ölkədən getmişdilər.

Müəllif yazır ki, bunun da nəticəsində Tbilisi indi bir çox Qərbi Avropa şəhərlərindən daha təhlükəsizdir. Adi misal, BBC-nin prodüseri tələskənlikdən maşının qapısını bağlamağı unudub. Bu azmış kimi, çantası və laptopu da oturacağın üstündə qalıb. Ancaq axşam qayıtdığında hər şey yerində olub.


GÜRCÜSTANI NƏ GÖZLƏYİR?

Amma indi hər şey dəyişə bilər. çünki bir şey aydındır ki, həbsdən buraxılanlar təkcə siyasi məhbuslar deyil, bəziləri doğrudan da cəmiyyət üçün təhlükə törətdiyi üçün həbs olunmuşdu. Gürcülərsə bu dəyişikliyi istəmir. Onlar nə Saakashvilinin diktatura-polis rejimi adı verdikləri hakimiyyətini istəyirlər, nə də ölkənin yenidən anarxiya – və xaos dövrlərinə sürüklənməsini.
XS
SM
MD
LG