Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:05

Hər dəfə prezident iqamətgahına yaxınlaşıb, mitinq keçirmək istəyəndə...


Yerevanda etiraz aksiyası, 18 aprel 2012.
Yerevanda etiraz aksiyası, 18 aprel 2012.
-
Hrayr Savzyan Ermənistanda təbiəti qoruyan fəallardan biridir. 2007-ci ildən bəri, demək olar ki, təbiəti mühafizə ictimai hərəkatının təşkil etdiyi elə bir mitinq olmayıb ki, qatılmasın. Son 5-6 ildir bu hərəkat Ermənistanda xeyli fəaldır. Gündəlik mübarizələri, mitinqləri sayəsində bir sıra nailiyyətlər əldə edə bilib. Hrayr deyir ki, bu illər ərzində onların dinc etirazlarına müxtəlif vasitələrlə mane olmaq istəyiblər:

«Bizim təcrübəmiz böyükdür. Müxtəlif tədbirlərimizdə fərqli maneələrlə rastlaşmışıq. Mitinqlərdən öncə zəng edib, hədə-qorxu gəlirdilər, inandırmağa çalışırdılar ki, tədbiri təxirə salmaq lazımdır. Mitinq vaxt hüquq-mühafizə orqanları ilə toqquşmalarımız da olurdu».

Həmsöhbətimizin fikrincə, bu gün müəyyən müsbət dəyişikliklər olsa da, onlar bir o qədər əhəmiyyətli məsələlər deyil:

«Hər dəfə prezident iqamətgahına yaxınlaşıb, orda mitinq keçirmək və tələblərimizi irəli sürmək istəyəndə, bizi iqamətgaha bir küçə qalmış saxlayır, getməyə icazə vermirdilər. Bugün isə insanlar yaxınlaşıb, tələblərini irəli sürə bilirlər».

«DƏYİŞİKLİKLƏR GÖZ ÖNÜNDƏDİR»

Hakim partiyanın üzvü, hüquq elmləri professoru Rafik Petrosyan-ın fikrincə, sərbəst toplaşma azadlığı sahəsində xeyli irəliləyiş var. Belə ki, 2009-cu ildə nümayiş və mitinqlərin keçirilməsi haqda qanuna dəyişiklik edilib:

«Müsbət dəyişikliklər göz önündədir. Əvvəlki qanunda aksiya keçirməklə bağlı xeyli məhdudiyyətlər var idi. Bugünkü qanun isə öz fikrini azad ifadə etməyi, aksiya keçirməyi qadağan etmir».

Yerevanda nümayiş - 8 aprel 2011
Yerevanda nümayiş - 8 aprel 2011
Konstitusiya Ermənistan vətəndaşlarına mitinq və etiraz aksiyası keçirmək azadlığı versə də, məhkəmələrlə bağlı bunu demək olmur. Rafiq Petrosyan-ın fikrincə, məhkəmələr çox zaman ədalətsiz qərarlar çıxarır:

«Biz hər zaman qeyd edirik ki, məhkəmələrimiz demokratik və azad qurum ola bilməyib. Hələ də ədalətsiz qərarların qəbul olunduğu hallar var».

«XEYLİ ETİRAZÇI HƏBSƏ SALINIB»

«Hüquq və azadlıq mərkəzi» adlı QHT-nin rəhbəri Vardan Harutyunyan deyir ki, məhkəmələrin qərəzli qərarları nəticəsində son illər xeyli etirazçı həbsə salınıb. Hərçənd, onun fikrincə, son zamanlar hüquq-mühafizə orqanlarının mitinqə müdaxiləsi xeyli azalıb. Ancaq bu, vəziyyətin axıracan düzəlməsi anlamını vermir:

«Bir neçə gün əvvəl mitinq keçirdik, heç bir maneə ilə üzləşmədik. Bununla belə, bu, Ermənistanda problemin tam aradan qaldırılması demək deyil. Biz 2008-ci ildə baş verənləri unutmamalıyıq, həmin vaxt Opera Meydanı və Yerevan küçələri bağlanmış, küçələrə tanklar yeridilmiş, nümayişçilərlə toqquşmalar olmuşdu. Saxlananlar var idi».

Yerevanda etiraz - 9 avqust 2012.
Yerevanda etiraz - 9 avqust 2012.
Hrayr Savzyan da bu gün etirazçılara daha az maneə yaradıldığını düşünür. Ancaq Savzyan bunu etiraz edənlərin sayının azalması ilə izah edir:

«Düşünürəm ki, hazırda yetkinləşmə dövrüdür. Bir neçə il öncə ictimai hərəkatların partlayışı - bumu dövründə bizlər təcrübəsiz idik. Ümid edirəm ki, yaxın gələcəkdə cəmiyyətdə tərəqqini təmin edəcək yeni bum olacaq».

YEGANƏ TƏSİR VASİTƏSİ

Yerevan küçələrində söhbətləşdiyimiz sakinlər əmindirlər ki, demokratiyaya aktiv vətəndaş təşəbbüsləri – mitinqlər, nümayişlər vasitəsilə nail olmaq mümkündür:

- Hesab edirəm ki, hökumət hüquqi qüvvədən çəkinmir və onlara yeganə təsir vasitəsi – kütləvi etirazlardır.

- Ermənistan vətəndaşları hər gün, hər saat öz hüquqları uğrunda mübarizə aparmalıdır. Necə ki, bunu yüz illər boyunca ingilislər və fransızlar ediblər. Onlar əsrlər boyu küçələrdə bunun üçün mübarizə aparıblar.
XS
SM
MD
LG