Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:42

24 min sürücü plyonkalı, pərdəli maşına görə cəzalanıb


Ötən il Azərbaycanda 24 000 sürücü nəqliyyat vasitəsinə pərdə və plyonka vurduğu üçün məsuliyyətə cəlb olunub.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

K. Əliyev deyib ki, respublikanın bütün rayon və şəhərlərində pərdə və plyonkaların aşkar edilməsi istiqamətində reydlər keçirilir.

Azərbaycan prezidenti İlham Əliyev bir gün əvvəl Bakı Biznes Mərkəzində çıxışında demişdi ki o daxili işlər nazirinə tapşırıq verib: “Bu gün də daxili işlər nazirinə dedim, bir daha eşidib bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. Qanunvecilikdə hansı düzəlişlər etmək lazımdırsa, onu da edərik. Belə olmaz, harınlayırlar, qudururlar, heç kimi saymırlar”.

Prezident İlham Əliyevin 2007-ci ildə maşınlarda plyonkaların sökülməsi barədə çıxışı:
XS
SM
MD
LG