Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:36

Gülər Əhmədova həbs edildi - [Video]


Səbail Rayon Məhkəməsi önündə
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Səbail Rayon Məhkəməsi önündə

-

Keçmiş deputat Gülər Əhmədova Bakı İstintaq Təcridxanasına aparılıb.

Bu barədə onun vəkili Eldar Qədimi məlumat verib.

GÜLƏR ƏHMƏDOVANIN HƏBSİYLƏ BAĞLI RƏSMİ AÇIQLAMA

Respublika Prokurorluğu Gülər Əhmədovanın həbsi ilə əlaqədar rəsmi məlumat yayıb.

Respublika Prokurorluğu bildirir ki, keçmiş millət vəkili Gülər Əhmədova barədə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxs kimi məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu ittihamlar sübut olunsa, keçmiş millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olan Gülər Əhmədova əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Prokurorluq bildirir ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb:

"İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib."

Prokurorluq rəsmi məlumatında qeyd edir ki, Gülər Əhmədova həmçinin S.Babayevanın haqqında başqasının əmlakını mənimsəmə ittihamı ilə cinayət işi olduğunu bilə-bilə keçən il sentyabrın 26-da onun Azərbaycandan Türkiyəyə yola salıb. Belə ki, Respublika Prokurorluğuna görə Gülər Əhmədova 2007-ci ilin mayın vətəndaş Namiq Əliyev və başqalarının etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgə əmlaklarını ələ keçirmə ittihamı S.Babayevaya qarşı cinayət işi açıldığını bilirmiş.

Gülər Əhmədovanın məhkəmə prosesi zamanı Səbail rayon Məhkəməsinin önü
Gülər Əhmədovanın məhkəmə prosesi zamanı Səbail rayon Məhkəməsinin önü
Buna baxmayaraq, millət vəkili başqa adamın adıyla S.Babayevanı Azərbaycandan kənara çıxarıb: "Şəxsi münasibətlərinə görə 26 sentyabr 2012-ci il tarixdə onu Bakı Hava Limanından İstanbula yola salmışdır. Qabaqcadan aralarında olan razılaşmaya əsasən tanışı - Türkiyə Respublikasının vətəndaşı Selcuk Ağlayan onun xahişinə əsasən S.Babayevanı qarşılayaraq İstanbulda Meryem Solmaz adı ilə 26 dekabr 2012-ci il tarixə kimi qeyri-leqal yaşamasını təşkil edib. Həmin müddətdə onun Türkiyə Respublikasında yaşamasını maliyyələşdirməklə S.Babayevanın tutulmasına aktiv mane olub qabaqcadan vəd etmədən ağır cinayəti gizlədib" - deyə rəsmi məlumatda bildirilir.

SƏBAİL MƏHKƏMƏSİNİN HƏBS QƏRARI

Səbail rayon Məhkəməsi frevralın 13-ü axşam keçmiş deputat Gülər Əhmədovanın 3 ay müddətə həbs edilməsi barədə qərar çıxarıb.

Prosesdən çıxan keçmiş deputatın qardaşı İlqar Mikayıloğlu müxbirimizin suallarını cavablandırmayıb.

Məhkəmə nəzarətçiləri isə bildiriblər ki, hakim həbs qərarını elan etdikdən sonra Gülər Əhmədovanı məhkəmə binasının arxa tərəfindəki qapısından konvoyların nəzarəti altında istintaq təcridxanasına aparıblar.

Məhkəmə binasının ətrafındakı polis əməkdaşları və Gülər Əhmədovanın qohumları binanın qarşısını tərk ediblər.

Elşad Abdullayev: Məndə elə videolar var ki...

Elşad Abdullayev: Məndə elə videolar var ki...

2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video yayıb.

Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da videonu montaj hesab edir.

Videoçəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu ittiham sübut olunsa, günahklar əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
XS
SM
MD
LG