Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:16

Oscar Mükafatı sahiblərini tapır - [Filmlər]


-
Amerika Kino Akademiyasının 85-ci Oscar Mükafatı sahiblərinə verilib. Mərasim Los Angelsdə Dolby Teatrında keçirilib.

Mükafatlar:
Ən Yaxşı Film: Argo – Grant Heslov, Ben Affleck, və George Clooney

“Oskar”ın əsas nominasiyasında – “Ən yaxşı film” nominasiyasında qalib olan “Arqo” siyasi trillerdir.

Film real hadisələrə əsaslanır.

İslam inqilabı zamanı ekstremistlər Amerika səfirliyinə hücum edirlər və Amerika diplomatları girov götürülür.

Film 6 diplomatın xilas edilməsi üçün İranda həyata keçirilən əməliyyat haqdadır.

Bu filmin Oskarı da fəth edəcəyi haqda proqnoz verən çox idi. Ötən il noyabrın 7-də Toronto film festivalında göstərildikdən sonra tamaşaçılar “Arqo” filminə ayaq üstə 10 dəqiqə əl çalmışdılar.
Ən yaxşı kişi aktyoru: Daniel Day-Lewis – Lincoln filmi

Film Amerikanın görkəmli dövlət xadimi, ölkədə quldarlığa son qoyan vətəndaş müharibəsini udan prezident Avraam Linkolndan bəhs edir.
Ən yaxşı qadın aktrisası: Jennifer Lawrence – Silver Linings Playbook
Ən yaxşı rejissor: Ang Lee – Life of Pi
"Pinin həyatı" - kanadalı yazıçı Yann Martel-in eyni adlı romanı əsasında çəkilib və 11 nominasiya üzrə “Oscar”a namizəd idi.

Maraqlıdır ki, roman müəllifilə bağlanmış müqaviləyə əsasən, romanın Azərbaycanda nəşr hüquqları "Alatoran" jurnalına məxsusdur.

"Pinin həyatı" romanı hal-hazırda tərcümə prosesindədir, fevral ayında "Alatoran Yayınları" seriyasından nəşr olunacaq.

“Pinin həyatı” romanı dünyada bestsellerdir, 2002-ci ildə ingilisdilli ölkələrin ən nüfuzlu mükafatı olan “Man Booker”ə layiq görülüb.

Əsərin qəhrəmanı Pinin atası zoopark sahibidir.

Pi sərbəst böyüyür, heyvanları sevir, onların psixologiyasını anlamağa çalışır.

O, induizm mühitində böyüyür, amma 14 yaşında İslam və xristianlığa da tapınır.

Hər üç dini özününkü sayır: “istədiyi bircə allahı sevməkdir” .

Pi allahı bu dinlərin hər üçü vasitəsilə dərk etmək istəyir, hər bir dinin insana bəxş etdiklərini anlayıb etiraf edir.

Amma torpaq mübahisəsinə görə atası zooparkı satmalı olur və ailə Kanadaya üz tutur.

Faciə baş verir, gəmi okeanda batır və Pinin ailəsi məhv olur, yalnız o, xilasedici qayığa minə bilir, Kanadaya apardıqları heyvanlardan bəziləri ilə - göreşən, zebra və oranqutanla birlikdə...

Digər qaliblər
Ən yaxşı ssenari: Django Unchained – Quentin Tarantino
Ən uyğun ssenari: Argo – Chris Terrio
Ən orginal musiqi: Skyfall – Adele Adkins və Paul Epworth
Ən yaxşı film musiqisi: Life of Pi – Mychael Danna
Ən yaxşı prodüsser işi: Lincoln – Rick Carter və Jim Erickson
Ən yaxşı film quruluşu: Argo – William Goldenberg
Ən yaxşı yardımçı qadın aktrisa: Anne Hathaway – Les Misérables
Ən yaxşı səs quruluşu: Zero Dark Thirty – Paul N. J. Ottosson vəSkyfall – Per Hallberg və Karen Baker Landers
Ən yaxşı səs miksajı: Les Misérables – Andy Nelson, Mark Paterson və Simon Hayes
Ən yaxşı xarici film: Amour – Michael Haneke
Ən yaxşı sənədli fiım: Searching for Sugar Man – Malik Bendjelloul və Simon Chinn
Ən yaxşı qısa sənədli film: Inocente – Sean Fine və Andrea Nix Fine
Ən yaxşı qısa film: Curfew – Shawn Christensen
Ən yaxşı makyaj və saç: Les Misérables – Lisa Westcott və Julie Dartnell
Ən yaxşı kostyum: Anna Karenina – Jacqueline Durran
Ən yaxşı vizual effekt: Life of Pi – Bill Westenhofer, Guillaume Rocheron, Erik-Jan de Boer və Donald R. Elliott
Ən yaxşı kinematoqraf: Life of Pi – Claudio Miranda
Ən yaxşı animasiya filmi: Brave – Mark Andrews və Brenda Chapman
Ən qısa animasiya filmi: Paperman – John Kahrs
Ən yaxşı yardımçı kişi aktyor: Christoph Waltz – Django Unchained

Bu filmlərə baxmısız?

XS
SM
MD
LG