Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:59

Beynəlxalq təşkilatlar Azərbaycanda siyasi fəalların həbsindən narahatdır


Arxiv foto: Bakıda 10 mart aksiyası
Arxiv foto: Bakıda 10 mart aksiyası
-

Azərbaycanla Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) və bir sıra yerli QHT bu ölkədə söz, ifadə azadlığında bir sıra problemlərin olduğuna dair bəyanat yayıb.

Tərəfdaşlıq Qrupu 2013-cü ilin 3 ayında jurnalistlərə və siyasi fəallara təzyiqlərin artmasından narahat olduğunu deyir və onların təcili azadlığa buraxılmasını tələb edir.

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı başda olmaqla, 6 jurnalistin (Hilal Məmmədov(«Talışı Sədo»), Fərəməz Novruzoğlu, Fuad Huseynov, Tofiq Yaqublu («Yeni Müsavat»), Nicat Əliyev (azadxeber.org), Araz Quliyev (xeber44.com)) həbsdə olduğunu xatırladan Tərəfdaşlıq Qrupu jurnalist Elmar Hüseynovun və yazıçı Rafiq Tağının qətlini araşdırmağı Azərbaycan hakimiyyətinin diqqətinə çatdırır.

Azərbaycanla Beynəlxalq Tərəfdaşlıq Qrupu həbsdə olan REAL sədri İlqar Məmmədovun dərhal və qeyri şərtsiz azad edilməsini istəyir.

Gənc fəallar - Rəşad Həsənov, Şahin Novruzlu, Bəxtiyar QuliyevMəmməd Əzizovun azad edilməsini və vəkillə təmin edilməsini istəyən Qrup, Qubada həbsdən azad edilən Xəyal TV əməkdaşları - Vüqar QonaqovZaur Quliyevin üzərindən məhkumluğun götürülməsini də tələb edir.

Azərbaycanla Beynəlxalq Tərəfdaşlıq Qrupu Bakıda keçirilmiş dinc etirazların iştirakçılarının həbsini qətiyyətlə pisləyir:

«Biz beynəlxalq birliyi Azərbaycan hakimiyyətindən insan haqları fəallarının və tənqidi jurnalistlərin cəzalandırılmasını dayandırmağı tələb etməyə çağırırıq», bəyanatda deyilir.

Bəyanatı Jurnalistləri Müdafiə Komitəsi, Sərhədsiz Reportyorlar, Açıq Cəmiyyət İnstitutu, Sülh və Müharibələrin Həlli İnstitutu və bir sıra yerli təşkilatlar imzalayıb.
XS
SM
MD
LG