Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:44

Taleh Bağırzadə və sürücüsü 2 aylıq həbs edildi


Tale Bağırzadə məsciddə xütbə edərkən
Tale Bağırzadə məsciddə xütbə edərkən
-
Sabunçu rayon məhkəməsi aprelin 2-də ilahiyyatçı Taleh Bağırzadə barəsində 2 ay həbs qətimkan tədbiri seçib. Bu barədə Turan agentliyi məlumat yayıb.

O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz narkotik saxlamaq) 1,026 qr heroin saxlamaqda ) ittiham olunur.

Yaxınları ittihamı əsassız sayır, onun hakimiyyətin ünvanına tənqid yer alan xütbəsi ilə əlaqəli həbs edildiyini bildirirlər.

Onunla birlikdə saxlanılan sürücüsü Anar Məlikov da 2 ay müddətinə azadlıqdan məhrum edilib.

-
Martın 31-də ilahiyyatçı Tale Bağırzadə həbs olunub.

Daxili İşlər Nazirliyi ilahiyyatçı Tale Bağırzadənin tutulması ilə bağlı rəsmi məlumat yayılıb.

Məlumatda deyilir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki «ABU Petrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd «Makarov» markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Tale Bağırovdan isə 1,026 qram heroin götürülüb.

İlahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Bu haqda AzadlıqRadiosuna vəkil Anar Qasımlı deyib.

TALE BAĞIRZADƏNİN SÜRÜCÜSÜ SİLAH SAXLAMAQDA İTTİHAM EDİLİR
Saxlanan zaman Tale Bağırzadənin yanında olan sürücüsünün (onun adının dəqiqiləşdirmək mümkün olmayıb –Ş.B) haqqında isə 228.1 maddəsi ilə iş açılıb. O silah saxlamaqda ittiham olunur.
Tale Bağırzadə və sürücüsünün Sabunçu rayon Polis İdarəsində saxlandığı bildirilir.

Anar Qasımlı deyib ki, işlə bağlı ətraflı məlumat ala bilmək üçün hələlik müstəntiqlə görüşə bilməyib. Görüş aprelin 2-də baş tuta bilər.
Tale Bağırzadə 4 ay əvvəl azadlığa çıxmışdı. O Təhsil Nazirliyinin qarşısında hicabla bağlı aksiyada həbs edilmişdi və il yarım azadlıqdan məhrum edilmişdi.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimzadə Tale Bağırzadənin həbsini onun hakimiyyəti sərt tənqid etməsi ilə bağlayır.

Bu gün Nardaranda ilahiyyatçının həbsinə etiraz olaraq aksiya keçirilməsi gözlənir.

TALE BAĞIRZADƏ KİMDİR?

Tale Bağırzadə 1984-cü ildə Bakıda doğulub.

Azərbaycan İqtisad Universitetini bitirib.

İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

Onun məscidlərin birində xütbələrinin videogörüntüsü Youtube-da da yerləşdirilib.
XS
SM
MD
LG