Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:33

Suriya rejimi kürd məhəlləsini bombalayıb


Foto arxiv
Foto arxiv
Suriyanın hərbi hava qüvvələri Hələb şəhərindəki kürd rayonunu bombalayıb.

Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri azı 5 dinc sakinin öldüyünü, bir neçə nəfərin isə yaralandığını xəbər verirlər.
Hüquq müdafiəçisi Abdel Rahman France-Presse agentliyinə bildirib ki, “Seyx Maksud” rayonu qadağan edilmiş Kürdüstan işçi partiyasının(PKK) Suriya şöbəsi olan “ Demokratik ittifaq” partiyasının nəzarətindədir.
Onun sözlərinə görə, Suriyada yaşayan kürdlər bu yaxınlaradək neytral mövqe tutmağa çalışsalar da hökumət qoşunları son günlər kürd məhəllələrinə hücum edir.

Suriyanın hərbi hava qüvvələri həmçinin bu gün paytaxt Dəməşq və Homs əyalətindəki Əl-Kuseyr şəhərinin ətraflarını bombalayıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, təkcə dünən ölkədə 94 nəfər ölüb ki, onlkardan 32-si dinc sakinlər, 36-sı üsyançı, 26-sı isə hərbçidir.
XS
SM
MD
LG