Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:01

Prokurorluq AFU-nun bağlanmasını təkzib edir [Video]


Azad Fikir Universitetinin qapısına möhür vurulub
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Azad Fikir Universitetinin qapısına möhür vurulub

-
Baş Prokurorluq Azad Fikir Universitetinin (AFU) fəaliyyətinin dayandırılması barədə informasiyaları yalanlayır. Qurumun aprelin 11-də yaydığı xəbərdə AFU ətrafında baş verənlər N!DA Gənclər Təşkilatına qarşı açılmış cinayət işi ilə əlaqələndirilir.

Məlumatda deyilir ki, bu cinayət işi AFU-nun fəaliyyətində qanunsuzluqları, eləcə də həmin qurumla «Ol» təşkilatının təsisçilərinin eyni şəxslər olmasını üzə çıxarıb.

Məlumatda deyilir ki, istintaq «Ol» təşkilatının dövlət qeydiyyatından keçmədiyini, müvafiq dövlət qurumlarına lazımi hesabatlar vermədiyini və fəaliyyəti dövründə xarici təşkilatlardan qanunsuz vəsaitlər aldığını üzə çıxarıb. Bu məsələlərin araşdırılması üçün Baş Prokurorluq AFU-nun ofisindəki material və sənədləri Maliyyə Nazirliyinin yoxlamasını təşkil edib.

Qurum istintaq getdiyini, əlavə informasiya veriləcəyini bildirir.
Baş Prokurorluq
Baş Prokurorluq

AFU HƏLƏLİK DANIŞMIR

AFU, hələlik, Baş Prokurorluğun məlumatını şərh etməsə də, «Facebook» səhifəsində belə bir məlumat yerləşdirib:

«Aprelin 10-da səhər saatlarında Baş Prokurorluğun əməkdaşları heç bir məlumat vermədən Azad Fikir Universitetinə gələrək qapını möhürləyib və ofisi bağlayıblar».

Aprelin 11-də ABŞ səfiri Richard Morningstar əvvəldən nəzərdə tutulan çıxışı ilə bağlı AFU-nun bir qrup nümayəndəsi ilə görüşüb. Səfirliyin bu barədə yaydığı xəbərdə deyilir:

«Səfir Azad Fikir Universitetinin həyata keçirdiyi işləri yüksək qiymətləndirib və «Burada olmaqdan şərəf duyuram», - deyib. O, AFU-nun yeni media vasitələrindən innovativ istifadəyə görə ABŞ-ın ATƏT-dəki Missiyası tərəfindən «2010-cu ildə İnternet vasitəsilə
Söz Azadlığı üçün Səfir Mükafatı» ilə təltif olunduğunu da söyləyib».

«HÖKUMƏTİN REAKSİYASI MƏNİ NARAHAT EDİR»

Richard Morningstar
Richard Morningstar
Suallara cavab verməzdən əvvəl səfir deyib:

«Mən Azərbaycanın dostuyam və 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra onun əldə etdiyi nailiyyətlərə heyranam. Lakin etirazlara və vətəndaş cəmiyyəti hərəkatına fəal qatılan gənclərin saxlanması və dindirilməsi də daxil olmaqla, builki etirazlara qarşı hökumətin reaksiyası məni narahat edir. Dünən axşam rəsmilər tərəfindən Azad Fikir Universiteti ofisinin bağlanılması barədə məlumatı eşitmək məni xüsusilə məyus etdi».

Səfirin fikrincə, dinc etirazlara hörmətlə yanaşmaq, müstəqil və şəffaf məhkəmələr, eləcə də hökumətin vətəndaşlara, xüsusilə gənclərə münasibəti demokratik hökumətlərin öz təməl sabitliyini təmin etməyin ən yaxşı yoludur.

Səfir qeyd edib ki, Azərbaycan ABŞ-ın güclü və dəyərli tərəfdaşıdır. Regional və enerji təhlükəsizliyi önəmli olsa da, demokratik və iqtisadi islahatları gözardı etmək olmaz:

«ABŞ-ın dünyada demokratik inkişafa dəstəyi bizim dəyərləri əks etdirir. Amma, bu həm də praqmatik mülahizələrə əsaslanıb... Keçmiş dövlət katibi Clinton-un Bakıya səfərlərinin birində dediyi kimi, bizim ən yaxın əlaqələrimiz vətəndaşlarının insan hüquqlarına hörmət edən ölkələrlədir. Bizim dünyada müxtəlif çağırışların öhdəsindən gəlməyi bacaran güclü tərəfdaşlara ehtiyacımız var. Güclü demokratiyalar da bizim ən yaxın tərəfdaşlarımızdır».
XS
SM
MD
LG