Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:37

Akif Çovdarovu qətillərdə və adam oğurluğunda ittiham edir...


Elşad Abdullayev
Elşad Abdullayev
-
Fransada sığınacaq alan və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı KİV-lərə növbəti məktubu göndərib. O, qardaşının oğurlanmasına görə Milli Təhlükəsizlik Nazirliyinin energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin rəisi Akif Çovdarovu ittiham edib. E.Abdullayev məktuba adıçəkilən generalla Mahir Abdullayevin bir sıra fotolarını da əlavə edib.

TAXTA-ŞALBAN BİZNESİ

Sabiq rektorun iddiasına görə, MTN generalı qardaşını oğurlamağa bir neçə dəfə cəhd göstərib. O yazır ki, «İlk dəfə 2003-cü ilin yanvar-mart aylarında Akif Çovdarov Mahiri şirnikləndirərək Rusiya Federasiyasının Sverdlovsk vilayətinə gətizdirib. O, Mahirə Sverdlovskdakı taxta-şalban zavodunu təklif edib».

E.Abdullayev göndərdiyi şəkillərdən birinin qardaşı ilə generalın Sverdlovskdakı zavodda çəkdirdiyini iddia edir. Akif Çovdarovun ona Mahiri tanımadığı barədə sözləri ilə razılaşmayan eks-rektor bildirir ki, «foto və video-faktlar bunun əksini təsdiq edir. Fotofaktlar təsdiq edir ki, o, Sverdlovsk vilayətində milyardlarca dollarla hesablanan taxta-şalban biznesi ilə məşğul olub. Bütün Azərbaycanı taxta-şalbanla təmin edib və digər biznes əməliyyatları ilə məşğuldur. Hazırda da həmin əlaqələri davam etdirir, baxmayaraq ki, Azərbaycan qanunvericiliyi MTN əməkdaşlarına belə fəaliyyətlə məşğul olmağı qadağan edir...
E.Abdullayev məktuba adıçəkilən generalla Mahir Abdullayevin bir sıra fotolarını əlavə edib.
E.Abdullayev məktuba adıçəkilən generalla Mahir Abdullayevin bir sıra fotolarını əlavə edib.
Akif Çovdarov hakimiyyətin üst qatına işlədiyi üçün belə qeyri-qanuni əməllərlə məşğul olur».

AKİF ÇOVDAROVUN «ƏL İŞLƏRİ»

E.Abdullayev məktubunda MTN generalının adının çoxsaylı cinayətlərdə çəkilməsi haqda iddiaları yada salır və daha bir iddia irəli sürür:

«Redaktor Elmar Hüseynovun və jurnalist Rafiq Tağının qətli, «Azadlıq» qəzetinin jurnalisti Aqil Xəlilin döyülməsi, AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılovaya qarşı edilən cinayətlər Akif Çovdarovun əl işləridir».

Son illər Akif Çovdarovla bağlı ittihamlar ilk dəfə deyil səslənir. Ancaq onun işlədiyi Milli Təhlükəsizlik Nazirliyi bu ittihamları həmişə ya rədd edib, ya da şərh etməkdən imtina edib. Bir il öncə isə prezident Akif Çovdarova general-mayor rütbəsi verib.
Baş Prokurorluq
Baş Prokurorluq

İŞİ 12 MÜSTƏNTİQ ARAŞDIRIB

Sabiq rektor məktubda Mahir Abdullayevin itkin düşməsi ilə bağlı Baş Prokurorluq yanında yaradılmış Müstəqil İstintaq Komissiyasının fəaliyyətindən də yazıb:

«Bu gün MİK-in yaradılmasından 6 ay 16 gün keçir. MİK-a qədər bu işi 12 prokurorluq müstəntiqi araşdırıb. Heç biri də yarıtmaz işinə görə məsuliyyət daşımayıb. Əksinə, tutduqları vəzifələrində irəli çəkiliblər. Mahir Abdullayevin oğurlanmasının kriminalistik-hüquq xarakteristikası qaydasız döyüşü xatırladır. İndiyə qədər zərərçəkmiş tərəfindən Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın subyektlərinin 11 videogörüntüsü ictimailəşdirilib. Avropanın tanınmış hüquqşünasları təsdiq edirlər ki, Sizin bir video-faktınız bu cinayət işinin açılması üçün kifayətdir. Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın başlıca subyektlərindən biri də cinayətin icraçısıdır».
XS
SM
MD
LG