Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:11

Azad Fikir Universiteti yerləşdiyi binadan çıxarılır


Azad Fikir Universitetinin binası
Azad Fikir Universitetinin binası
-
Bakıda fəaliyyət göstərən Azad Fikir Universiteti fəaliyyət göstərdiyi binadan çıxıb.

AFU, hələlik, məsələni şərh etməsə də, «Facebook» səhifəsində belə bir məlumat paylaşıb:

«Prokurorluq orqanları aprelin 29-da Azad Fikir Universitetinin qapısından möhürü götürüb. Lakin AFU-nun yerləşdiyi Səməd Vurğun 34 ünvanındakı binanın sahibi icarə müqaviləsinə xitam verərək, bizim ofisi boşaltmağımızı tələb etdiyindən AFU öz ofisini tərk etməli olub».

AFU-nun gələcək fəaliyyəti hələlik sual altında qalır.

Məsələylə bağlı binanı icərəyə verənin münasibətini öyrənmək mümkün olmayıb.

Maarifləndirici layihə olan AFU "OL!" Azərbaycan Gənclər Hərəkatı tərəfindən həyata keçirilirdi.

Aprelin 10-u axşam saatlarında Azad Fikir Universiteti «Facebook» sosial şəbəkəsindən həmin gün səhər saatlarında qapılarının Baş Prokurorluq tərəfindən bağlanması, qapılarının möhürlənməsi yazmışdı.

Baş Prokurorluq Azad Fikir Universitetinin (AFU) fəaliyyətinin dayandırılması barədə informasiyaları yalanlamışdı. Qurumun aprelin 11-də yaydığı xəbərdə AFU ətrafında baş verənlər N!DA Gənclər Təşkilatına qarşı açılmış cinayət işi ilə əlaqələndirirdi.
Rəsmi məlumatda deyilir ki, bu cinayət işi AFU-nun fəaliyyətində qanunsuzluqları, eləcə də həmin qurumla «Ol» təşkilatının təsisçilərinin eyni şəxslər olmasını üzə çıxarıb.
ABŞ səfiri Richard Morningstar aprelin 11-də AFU-nun bir qrup nümayəndəsi ilə görüşmüşdü. Görüş zamanı səfir AFU-nun bağlanmasından narahat olduğunu qeyd etmişdi:
«Dünən axşam (10 aprel) rəsmilər tərəfindən Azad Fikir Universiteti ofisinin bağlanılması barədə məlumatı eşitmək məni xüsusilə məyus etdi».
XS
SM
MD
LG