Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:36

Türkiyə UNESCO-ya müraciət etdi: "Yüzlərcə abidə dağıdılıb"


Suriyada tarixi abidə
Suriyada tarixi abidə
-
Türkiyə UNESCO-dan Suriyadakı tarixi əsərlərin qorunması üçün daha fəal olmasını istəyib.

«Cihan» Xəbər Agentliyinin yaydığı xəbərə görə, ölkənin UNESCO nəzdindəki daimi təmsilçisi Gürcan Balık bu təşkilatın Baş katibliyində gerçəkləşdirilən toplantıda BMT orqanı olan UNESCO-nun Suriyadakı rolunun «sanki heç olmamış bir hala gəldiyinə» diqqət çəkib.

Gürcan Balık çıxışında indiyə qədər yüzlərcə əvəzsiz tarixi yadigarların Suriya rejimi tərəfindən məhv edildiyini diqqətə çatdırıb.

Balık rejimin bu günlərdə Hz.Ömər Camisinə hücumunu xatırladıb və Suriyadan gələn xəbərlərin artıq dözülməz olduğunu söyləyib.

UNESCO-nun Türkiyə təmsilçisi Suriyada yaşananların təkcə mədəni sərvətlərlə bağlı olduğunu deyil, bu qurumun təmsil etdiyi bütün mənəvi dəyərlərə zidd olduğunu dilə gətirib.

O, Suriya cəmiyyətinin təməl insan haqlarından məhrum olduğunu vurğulayıb və bütün bu haqların UNESCO-nun qorumalı haqlar olduğunu xatırladıb:

«Bu səbəblə Suriya rejimini ibadət yerləri, sənət əsərləri və tarixi məqbərələrin qorunması ilə bağlı beynəlxalq insan haqları çərçivəsində götürdüyü öhdəliklərə sayğı göstərməyə dəvət edirik».
XS
SM
MD
LG