Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:04

Polis ADNA qarşısında anıma imkan vermədi [Video]


Polis ADNA qarşısında anıma icazə vermədi
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Polis ADNA qarşısında anıma icazə vermədi

-
10 SUTKA HƏBS

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əbülfəz Qurbanlı, Turqut Qəmbərİlkin Rüstəmzadə 10 sutka həbs cəzası alıb.

3 NƏFƏR SAXLANIB

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qətliamın anım mərasimində saxlanan 3 nəfər - NİDA üzvü Turqut Qəmbər, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə Nəsimi rayon Məhkəməsinə aparılıb.

Bu barədə AzadlıqRadiosuna NİDA Hərəkatının üzvü Kənan Qasımlı məlumat verib.

Hazır məhkəmə prosesi davam edir.

POLİS İMKAN VERMƏDİ

ADNA-da törədilən terror aktının ildönümü ilə əlaqədar bir qrup gənc Akademiyanın binası qarşısında anım tədbiri keçirməyə cəhd edib.

Ərazidə olan polislər gənclərin anım mərasiminə icazə verməyiblər.

Gənclərin bir qrupu isə Bulvarda, konsert keçiriləcək əraziyə etiraz əlaməti olaraq güllər qoyublar, şüarlar səsləndiriblər.

Anma mərasimi bir neçə dəqiqə davam edib.

XS
SM
MD
LG