Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:47

X. Xələfov: Azərbaycanın İranla münasibətlərində fundamental problem yoxdur


Xələf Xələfov
Xələf Xələfov
-

«Mən tam əminəm ki, Azərbaycanın 3-cü ölkələrlə münasibətləri İran-Azərbaycan münasibətlərinə nə toxunmur, nə də şamil olunmamalıdır».

Bunu Cenevrədə səfərdə olan Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. AzadlıqRadiosunun regiondakı hadisələr fonunda Azərbaycan-İran münasibətlərinin durumu haqda sualını cavablayan X. Xələfov həmçinin bildirib ki, Azərbaycanın İranla münasibətlərində heç bir antoqonizm, fundamental problem yoxdur:

«İran tarixi köklərimizlə bizə yaxın olan, bizimlə müəyyən meyarları bölüşən qonşu ölkələrdən biridir və Azərbaycan hökuməti İrana qarşı həmişə dostluq nümayiş etdirib və bu gün də bu siyasəti davam etdiririk. Azərbaycan prezidenti İranla münasibətlərə xüsusi diqqət yetirir və biz daim bu dialoqu saxlayırıq».

AzadlıqRadiosuna eksklüziv müsahibəsində Xələf Xələfov qarşıdan gələn prezident seçkiləri, Azərbaycanda insan haqlarının vəziyyəti və Ermənistanla bağlı suallara cavab verib. Müsahibə ilə tezliklə azadliq.org saytında və AzadliqRadiosu.TV-də tanış olmaq mümkündür.
XS
SM
MD
LG