Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:08

Orxan Pamuk "Fənərbaxça"lıymış


Orxan Pamuk
Orxan Pamuk
-

Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk mayın 2-də “Eurosport Turkey” veb-saytına etiraf etmişdi ki, “Fənərbaxça” komandasının azarkeşidir və komandasının Avropa Liqasındakı həlledici oyununu səbirsizliklə gözləyir.

Pamuk bunu “Fənər”in Portuqaliyanın “Benfika” klubuna qarşı ikinci yarımfinal oyunu ərəfəsində demişdi.

Yazıçı etiraf etmişdi ki, “Fənərbaxça”ya uzun illərdir azarkeşlik edir. Fanatı olduğu komandanın oyunlarını 7 yaşından izləyir.

Pamuk deyib ki, “Fənərbaxça”nın mayın 2-də birinci yarımfinalda “Benfika”nı 1-0 məğlub etməsinə çox sevinib.

Həmin qələbədən sonra “Fənərbağça” ilk dəfə olaraq öz tarixində nüfuzlu yarışmanın finalına çıxmaq üçün böyük şansa sahiblənmişdi.

Amma mayın 4-dəki ikinci oyunda 1-3 məğlub olan “Fənər” şansını itirib.

60 yaşlı yazıçı vaxtilə “Fənər”in Avropa Liqasında bir məğlubiyyətindən çox məyus olduğunu da xatırlamışdı:

“Biz yarışda mübarizəni “MTK”ya 3-1 uduzmaqla dayandırdıq. O zaman bu, Kuboklar Sahibi Kuboku adlanırdı. Mən oyuna radioda qulaq asırdım. O zaman rəqib meydanda vurulan qol qaydası yox idi və qalib tay-breyk oyununda müəyyən edilirdi. O günlər şirin bir xatirədir” – deyə yazıçı saytla xatirələrini bölüşüb.

“Fənərbaxça” Macarıstan komandasına 1964-64-cü illər mövsümünün Kuboklar Sahibi Kubokunun 1/8 finalında uduzmuşdu.
XS
SM
MD
LG