Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:46

Amerika 10 il əvvəl oğurlanan qadını qəhrəman kimi salamladı


Amanda Berry (ortadakı) bacısı və qızı ilə
Amanda Berry (ortadakı) bacısı və qızı ilə
-

2003-cü ildə özünün doğum günündə itkin düşən 17 yaşlı Amanda Berry tapılıb. Klivlend şəhərindəki bir evdə dustaq saxlanan bu qız oğurlanmış daha iki nəfəri də xilas edib.

Amanda Berry dustaq saxlandığı evin qapısını sındırandan sonra yaxınlıqdan keçən qonşunu köməyə çağırıb və «911» təcili yardım xidmətinə aramsız zəng edib.
Məktəb avtobusu sürücüsünün evində məhbus həyatı sürən daha iki itkin - Gina DeJesusMichelle Knight da, beləcə, xilas olublar.

İndi 23 yaşı olan Gina DeJesus 2004-cü ildən itkin sayılırdı. 32 yaşlı Michelle Knight-ın isə 11 il əvvəl evdən qaçdığı güman edilirdi.

Evin sahibi 52 yaşlı Ariel Castro və onun qardaşları – 54 yaşlı Pedro və 50 yaşlı Oneil həbs ediliblər.

Klivlend polis rəisinin müavini Ed Tomba mətbuat konfransında deyib ki, Amanda bu hadisənin şəksiz qəhrəmanıdır.

Federal Təhqiqatlar Bürosunun Klivlend bölməsinin rəhbəri «məşəqqətə son qoyulduğunu» söyləyib.

POLİS BİR BALACA DİQQƏTLİ OLSAYDI…

Amanda Berry (sol) və Georgina DeJesus (sağ)
Amanda Berry (sol) və Georgina DeJesus (sağ)
Bununla belə, polisin özü bir çox müəmmalı suallara cavab verməli olacaq.

Axı bu üç nəfər eyni yerdə – Ariel Castro-nun evindən 5-6 km aralıda yoxa çıxıb.

O vaxt, yəni 2004-cü ildə Castro-nun qızı bildirmişdi ki, o, DeJesus-u sağ görən sonuncu adamdır.

Hazırda qadınların üçü də xəstəxanada xroniki su və qida çatışmazlığından müalicə olunur.

Xanım Berry tək deyil. 6 yaşlı qızı da yanındadır.

Belə güman edilir ki, uşağın atası elə həmin Castro-dur.

Ən son bilgilərə görə, oğurlanmış qadınların saxlandığı zirzəmidə zəncirlər tapılıb. Bir zəncirin üzərində «Allah rəhmət eləsin» lövhəsi də asılıbmış.

Dustaq qadınların dəfələrlə hamilə qaldıqları barədə də məlumatlar var.

Polis 2004-cü ildə bir uşağın «yaddan çıxaraq» onun sürdüyü avtobusda qaldığını üzə çıxarandan sonra Ariel Castro-nun evinə baş çəkdiyini təsdiqləyib, amma bildirib ki, o vaxt Castro-dan uşaq oğrusu kimi şübhələnməyə ciddi əsas tapılmayıb.

Castro-nun bu iddia ilə razı olmayan 2 qonşusu «The Daily Telrgraph» qəzetinə bildiriblər ki, onlar, artıq bir neçə ildir, yanlarındakı evdən çığırtı səslərinin gəlməsi barədə polisə dəfələrlə şikayət ediblər.

«ALLAH DOĞRUDAN DA MƏRHƏMƏTLİDİR»

Arxiv foto
Arxiv foto
Bütövlükdə götürəndə, Ariel Castro qonşuluqda sakit və xeyirxah bir adam kimi tanınırmış və tez-tez «nəvəsi» ilə birlikdə qonşuların təşkil etdiyi pivə və kabab məclislərinə qoşulurmuş.

Qonşulardan heç biri Castro-nun yanındakı balaca qızın onun nəvəsi yox, evində dustaq kimi saxladığı Amanda-nın övladı olduğundan şübhələnməyibmiş.

Castro onlara deyərmiş ki, bu, onun qızının övladıdır və qızı, uşağını öldürməyə cəhd göstərdiyi üçün həbsxanada yatır.

Azı 3 qız atası olduğu söylənən Castro 1993-cü ildə məişət zorakılığına görə həbs olunsa da, ona qarşı cinayət işi qaldırılmayıb.

Castro-nun 31 yaşlı jurnalist oğlu Anthony DeJesus-un itməsi barədə 2004-cü ildə yerli qəzet üçün geniş bir məqalə də yazıbmış.

Lakin o, qadınları atasının həbsdə saxladığını bilmədiyini söyləyib.

Ariel Castro ötən ilin noyabrında sürdüyü avtobusu qadağan olan yerdə döndərdiyinə görə işdən qovulub. O, ötən həftə özünün Facebook səhifəsində nədənsə bu sözləri yazıb: «Möcüzələr doğrudan da baş verir. Allah mərhəmətlidir».
XS
SM
MD
LG