Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:43

«Ermənistan qoşunlarını çıxarmağa başlasa...»


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiyalı həmkarı Sergei Lavrov Moskvadakı görüşündən... 21 May 2013
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiyalı həmkarı Sergei Lavrov Moskvadakı görüşündən... 21 May 2013
-
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar dalana dirənib. Mayın 21-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Moskvada Rusiyalı həmkarı Sergei Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında belə deyib:

"Təəssüf ki, Kazanda və ardınca Soçidə keçirilən görüşlərdən sonra danışıqlarda irəliləmə yoxdur. İndi əsas sual odur ki, sonra nə olacaq? Bu halda bir şeyi deyə bilərəm ki, Azərbaycanın mövqeyi ATƏT-in Mİnsk qrupunun mövqeyi ilə üst-üstə düşür, yəni status-kvonun davam etməsi bizim üçün yolverilməzdir".

Məmmədyarov əlavə edib ki, danışıqlarda ən böyük başağrısı Ermənistan qoşunlarının Azərbaycan ərazisində qalmasıdır. Bütün problemlərin kökü də budur və bu üzdən qoşunların çıxarılmağa başlaması və bunun üçün təqvimin müəyyənləşməsi digər məsələrdə də byük irəliləyişin əldə edilməsinə səbəb olardı.

Rusiya Xarici İşlər naziri Sergei Lavrov da status-kvonun münaqişə tərəflərinin heç birinə, heç qonşuluqdakı Rusiyaya da sərf etmədiyini bildirib.

"Status-kvo sözsüz ki, hər kəs üçün qəbulolunmazdır, ilk növbədə Azərbaycan və Ermənistan, həmçinin Dağlıq Qarabağda yaşayanlar üçün. Mən buna qəti əminəm. Status-kvo sadəcə Azərbaycanın torpaqlarının qaytarılmasını sual atlına qoymur, həm də Ermənistanın iqtisadi blokadaya alınmasına gətirib çıxarır. Odur ki, heç kimin status-kvonun gərəksizliyi ilə bağlı inandırmağa ehtyac yoxdur. Minsk qrupunun həmsədləri bu vəziyyəti həll eləmək üçün çalşırlar".
XS
SM
MD
LG