Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:51

Astarada bağlanan müəssisələr


Astara konserv zavodu
Astara konserv zavodu
-
Hər il böyük bir sahədə bostan və tərəvəz bitkiləri əkən fermer Surət Əhədov bu il həmişəki işindən əl çəkib. Səbəb də əkib yetişdirdiyi məhsula bazar tapa bilməməsidir. Astarada olan emal müəssisələrinin də əksəriyyəti bağlanıb:
«Konserv zavodunun biri Maşxanda, biri Telmanada açılmışdı. Bundan başqa Lənkəranda pomidor qəbul edən kiçik zavod var idi. Həmin ili 5 hektarada pamiodr əkdim. Kal mahsulları yığıb alverçilərə verdim. Bundan başqa konserv zavoduna da hər gün bir maşın məhsul pomidor aparırdım. Həmin ili yüz ton məhsul verdim. Fəhlələrə yaxşı pul verdim. İkinci ili də həmçinin. 3-cü ili zavodlar işləmədi. Astarada zavodlar işlədi, Lənkəranda kiçik zavodlar hamısı bağlandı».
5 İL ƏVVƏL ASTARA HAQQINDA DEYİLƏNLƏR
«Lənkəran iqtisadi rayonunda istehsal olunan sənaye məhsullarının 10 faizindən çoxu Astara rayonunun payına düşür».
Bu sözlər icra hakimiyyətinin hazırladığı «Astara» kitabçasında yazılıb. Həmin kitabçanın çapından 5 il keçir. Fəaliyyət göstərən sənaye və kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrin fəaliyyətindən daha danışılmır. Bu müəsisslərin fəaliyyətindən xəbər tutmaq üçün ünvanlarına baş çəkdik.
Çay fabriklərindən başladıq. Sovet dövründə rayonda 4 çay fabriki olub. 2 nömrəli çay fabriki «Azərsun» şirkətinə satılıb. Fabrikdə ildə 400 tona qədər yaşıl çay yarpağı istehsal olunur. Halbuki bu fabirikin istehsal gücü 4-5 min tondur. Mövsümü vaxtda fabrikdə 20-yə yaxın fəhlə çalışır. 4-5 aydan sonra onlar da işdən azad edilir.
1 SAYLI ÇAY FABRİKİNİN 1 MANATLIQ ÇAY PROBLEMİ
1 nömrəli çay fabrikin qapısı açıq olsa da bizi içəri buraxmırlar. Adının çəkilməsini istəməyən işçisinin dediyinə görə, mövsüm dövründə çox az miqdarda yaşıl çay qəbul olunur. Yaşıl çay yarpağın bir kiloqramının 1 manata olduğu deyən həmsöhbətim maliyyə çətinliyi səbəbindən məhsul ala bilmədiklərini deyir.
3 nömrəli çay fabrikinin fəaliyyəti tamamilə dayanıb. Səbəb də yaşıl çay yarpağının olmamasıdır.
Telman kəndində olan konserv zavodu
Telman kəndində olan konserv zavodu
Telman kəndində olan konserv zavodu da faəliyyətsizdir. Bağlı qapısı üstündə «kənar şəxslərin daxil olması qadağandır» sözləri yazılıb. Burda heç kimi görmədik. Bu zavod 2005-ci il sentyabrın 8-də ölkə prezidenti İlham Əliyev də iştirakı ilə açılıb.
30 FERMERƏ VERİLƏN 150 MİLYON MANAT KREDİTİN TALEYİ
Adının çəkdiyimiz «Astara» kitabçasının üstündə bununla bağlı foto da var. Kitabçada deyilir ki, zavodda 180 nəfər daimi işlə təmin olunub. Zavod gün ərzində 300 ton tərəvəz qəbul edə bilir. Həmin dövr üçün zavodun 1200 ton pomidor emal etdiyi, 299 ton tomat pastası hazırladığı qeyd edilir. Əlavə edilir ki, zavod rəhbərliyi məhsul yetişdiriləməsi üçün 1500 nəfəri birləşdirən 30 fermer təsərrüfatına 150 milyon manat faizsiz kredit verib. Amma 5 il əvvəl deyilən bu məsələlərdən indi əsər-əlamət yoxdur.
EYNİ MƏNZƏRƏ
Astara konserv zavodunda da eyni mənzərəni gördük. Yaxınlıqda olan yeməkxandan zavod barəsində soruşduq. Zavodun sahibinin Rusiyada çalışdığını dedilər. Məqsədi zavodu şadlıq sarayına çevirməkdir.Yaxınlıqda yaşayan sakin isə zavod barəsində bunları deyir:
«Bir il işlədi. 30-40 nəfər işləyirdi, sonradan dayandırdılar. İşləsə yaxşıdır, camaat məşğul olar. Adamlar küçədə bekar gəzirlər».
Şiyəkəran kəndində kənd təsərrüfatı məhsulları emal edən sex də işini dayandırıb. Astara balıq zavodu isə dağılmış vəziyyətdədir.
Müəssisənin sabiq direktoru Həbib Rəsulovun dediklərindən:
​«Zavod 2008-ci ildən sonra bağlanıb. Zavodun bağlanmağı onun satılması ilə əlaqəlidi. Fiziki şəxsə satılsa belə səhmdar cəmiyyət olduğundan öz işini davam etdirməldir. Çünki 400 adam bu müəssisəyə səhm qoyub. Satılması barədə mənim məlumatım var ki, satılıb. Onun bağlanması yol verilməzdir. Xəzərin 18 kilometr ərazisi vaxtı ilə hökmət tərəfindən zavod üçün ayrılmışdı. 18 kilometrdə ovlanan bütün balıqlar Astara balıq zavodunda emal edilirdi və ixrac olunurdu. Orda da 500 nəfər adam işləyirdi. 1998-ci ildə 200 nəfərə yaxın adam qalmışdı».
«HƏM DƏ MONOPOLIYA YIĞIŞDIRILMALIDIR»
Sabiq direktor zavodu yenidən canlandırmağı mümkün sayır, deyir sadəcə təşəbbüs olmalıdır:
Astara balıq zavodu
Astara balıq zavodu
«Dəniz sahilində 18 kilometrdə fəaliyyət göstərən müxtəlif təşkilatlar kənarlaşdırılmalıdır. Çünkü orada bir intizam, statistika, nəzarət yoxdur. Orda iki şirkət işləyir, necə işlədikləri məlum deyil. Bunlar hamısı yığışdırlmalıdır.18 kilometr ərazidə ovlanan bütün balıqlar Astara balıq zavoduna təhvil verilməlidir. Bu bəs etmir, həm də monopoliya yığışdırılmalıdır».
GÖZLƏNİLƏN NƏTİCƏ
İqtisadçı eksper Xaliddin İbrahimov emal müəssisələrin bağlanmasını gözlənilən sayır. Onun fikrincə, sovet dövründən fərqli olaraq indi müəssisələrin bir-birinin ardınca bağlanması həmin müəssisələrinin bazarla rəqabət apara bilməməsindən irəli gəlir:
«Lənkəran iqtisadi rayonu əsasən meyvə-tərəz üzrə ixtisaslaşdığından sovet dövründə burda kənd təsərrüfatı məhsulların emalı müəssisələri tikilib. Burda sitrus və çayçılıq inkişaf etdiyinə görə, 2-3 çay fabriki tikilib. Bu gün həmin müəssisələrin dayanmasının əsas səbəbi onların bazarla rəqabət apara bilməməsindədi».
«PROQRAM VAR, BÜTÜN MÜƏSSİSƏLƏR İŞƏ SALINACAQ»
Astara rayon icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinov işləməyən müəssisələrlərlə bağlı proqram hazırlandığını bildirir. Dediyinə görə, mövcud olan bəzi problemlər də aradan qaldırandan sonra yaxın vaxtlarda bütün müəssisələr işə salınacaq.
XS
SM
MD
LG