Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:01

Erdoğan: «Biz bir neçə talançının elədiklərini eləmirik»


Türkiyədə etiraz aksiyaları davam edir
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Türkiyədə etiraz aksiyaları davam edir

-
«Biz bir neçə talançının elədiklərini eləmirik. Onlar yandırırlar, uçurdurlar. Talançılar belə edir. Onlar dövlətin malını yandırıb-dağıdırlar. Onlar adamların dükanlarını tar-mar edirlər, maşınlarını yandırırlar. Onlar ölkənin baş nazirini söymək həddinədək alçalanlardır».
Bunu iyunun 9-da Türkiyənin baş naziri Receb Tayyib Erdoğan Adana aeroportunda onu qarşılayanların qarşısındakı çıxışında deyib.
Erdoğan deyib ki, «inancınıza güvənirsinizsə, inanc azadlığından qorxmayın. Əgər fikrinizə güvənirsinizsə, fikir azadlığından qorxmayın. Demək istədiyiniz bir şey varsa, əgər ətraf mühiti düşünürsünüzsə, bu ölkədə təbiəti düşünən bir baş nazir var. Gəlib baş nazirlə bu haqda danışın. Ancaq baş verənlərin ətraf mühitlə, təbiətlə əlaqəsi yoxdur. 10 il ərzində bu ölkədə 2 milyard 800 milyon fidan və ağac əkən bir iqtidara heç kim təbiəti sevib-sevməmək dərsi verə bilməz».
Türkiyənin baş naziri deyib ki, «Gezi Parkı deyirlər... Ancaq onların 95 faizi Gezi Parkının harada olduğunu bilmirdi. Onlar həyatlarında Gezi Parkına getməyiblər. Ancaq mən orada doğub böyümüşəm».
Erdoğan xatırladır ki, 7 aydan sonra bələdiyyə seçkiləri keçiriləcək. O tərəfdarlarını seçkidə fəal olmağa çağırıb: «İstəyirəm ki, onlara ilk dərsi demokratik yollarla seçkidə verəsiniz. Dünyada yalan-yanlış xəbər yayanlara siz ən gözəl dərsi yenə seçkidə verəcəksiniz. Çünki Türkiyənin inkişaf etməsini, güclənməsini həzm edə bilməyənlər var».
Erdoğan deyib ki, o İstanbulun bələdiyyə sədri olduğu dövrlərdə İstanbul çöllük olubmuş: «Mən İstanbula ağac əkən bələdiyyə sədri olmuşam. İnşallah, daha gözəl Türkiyəyə doğru gedirik. Ancaq bir olmalıyıq. Ayrılıq toxumları əkmək istəyənlərə fürsət verməyək».
Polislər haqqında isə baş nazir bunları deyib: «Bu polis türk polisidir. Bu millətin polisidir. Nəyin mübarizəsini aparırlar? Bu meydanları anarxistlərə, terrorçulara verəcəkdik?»

TÜRKİYƏDƏ ETİRAZLAR DAVAM EDİR...
İyunun 9-da İstanbuldakı Gezi Parkında etirazların 13-cü günüdür. Türk mediasının xəbərinə görə, istirahət günü olduğundan Taksim meydanında daha böyük qələbəlikdir. Meydanda karnaval havası var. Günortadan sonra etirazçıların sayının artacağı gözlənilir.

Xəbər verilir ki, Taksimdə mitinq keçiriləcəyi gözlənilir. Etirazçılar Gezi Parkının park kimi qalması, Atatürk Mədəniyyət Mərkəzinin saxlanılması, polis zorakılığının araşdırılması, indiyədək həbs olunanların buraxılması, ölkədəki aksiyalara olan qadağalara son qoyulmasını tələb edirlər.

İSTANBUL VALİSİ: ARANIZDA OLMAQ İSTƏYİRƏM

İstanbul valisi Hüseyn Avni Mutlu bu səhər 05.57-də Güzi Parkı etirazçılarını Twitter mesajıyla salamlayıb. Vali Mutlu yazıb ki, “iki saat yatdım, sonra yata bilmədim. İsti yataq yerinə Gezi Parkında yatan bu ölkənin gənclərinə salam demək üçün oyanmışam. Sadəcə müstəqil, heç kimin arxasında olmayan, öz düşüncələrinin müdafiəçisi olanları salamlayıram. Anlaşsaq da, anlaşmasaq da bir-birimizlə dərdləşmək, bir-birimizin gözünə insan kimi və ədalətlə baxmağımız şərtdir. Hər fərd dəyərli və özəldir. Gənclər, Gezi parkında quş səsləri, ıhlamur ətri və arı vızıltısı ilə rahat bir səhər açılır, doğrudurmu? Aranızda olmaq istəyirəm”.

FUTBOL AZARKEŞLƏRİNİN DƏSTƏYİ...

Ankarada etiraz mitinqi
Ankarada etiraz mitinqi
​Dünən isə İstanbulun 3 böyük futbol klubu – Beşiktaş, Qalatasaray və Fənərbağça tərəfdarları “Hər yer Taksim, hər yer dirəniş” şüarları və marşları ilə Gezi Parkı etirazçılarına qoşulub.

ANKARADA POLİS MÜDAXİLƏSİ

Dünən axşam Ankarada Gezi Parkına dəstək üçün 5 min adam yığışıb paytaxt mərkəzindəki Kızılay meydanına getmək istəyib. Polis aksiyaçılara əvvəlcə xəbərdarlıq edib. Ancaq etirazçılar dağılmayıb. Polis təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib. Yaralananların olduğu bildirilir. Polislə etirazçılar arasında toqquşmalar gecə saatlarına qədər davam edib.

AKP: VƏZİYYƏT NƏZARƏT ALTINDADIR

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iyunun 15-də Ankarada, iyunun 16-da isə İstanbulda mitinq keçirəcək. Hakim partiyanın sözçüsü Hüseyn Çelik bildirib ki, “vəziyyət hökumətin nəzarəti altındadır. Narahatlığıa əsas yoxdur”.

AKP sözçüsü hökumətin gündəliyində erkən seçki keçirilməsinin olmadığını deyib.

MHP: “AKP GETMƏLİ, ERDOĞAN BİTMƏLİ”

Müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli isə bildirib ki, erkən seçki keçrilməlidir. Bahçeli deyib ki, “AKP getməlidr, baş nazir Erdoğan bitməlidir”.
XS
SM
MD
LG