Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:23

“Lans” klubunun rəhbərliyi Azərbaycanla əməkdaşlığı dəstəkləyir


Foto arziv
Foto arziv
Fransanın “Lans” klubunun daha bir rəsmi nümayəndəsi Azərbaycanın “Baghlan group” şirkərlər qrupu ilə əməkdaşlığı dəstəkləyib.

Qol.Az-ın məlumatına görə, klubun regional şurasının prezidenti Daniel Percherson “Lans”ın rəsmi saytına bildirib ki, komandaları bu əməkdaşlıqdan yalnız qazanacaq.
“Unutmayın ki, “Baghlan group”un sahibi Hafiz Məmmədovun təmsil etdiyi Azərbaycan neftlə zəngin ölkədir və hazırda “Lans”a maddi dəstək lazımdır .İnanıram ki, bu əməkdaşlıqdan sonra komandamızın gələcəyi parlaq olacaq” – deyə klub rəsmisi bildirib.

Bu günlərdə “Lans”la Azərbaycan arasında əməkdaşlıqla bağlı rəsmi müqavilə imzalanmalıdır.Bundan sonra kluba sahibliyinin Azərbaycana keçəcəyi və “Lans”ın oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan forma ilə çıxacağı gözlənilir.

Fransadakı erməni diaspor təşkilatları isə bu əməkdaşlığa qarşıdırlar. Onlar dünən növbəti dəfə “Lans”ın prezidentinə müraciət edərək bunun qarşısını almağa çağırıblar.
Bu, “Lans” rəhbərliyinə ikinci belə müraciətdir. Klubun prezidenti Lyuk Dayan əvvəlki müraciətə cavabında bildirib ki, komandanın durumu yaxşı deyil, bundan başqa siyasətlə idmanı qarşıdırmaq olmaz.
XS
SM
MD
LG