Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:30

Sərxoş bir rüzğarla dans edirəm Xəzər dənizinin qıyısında


Şəlalə Cavanşir
Şəlalə Cavanşir
-

Arazın o tayından


Şəlalə Cavanşir


ŞEİRLƏR


Küsmüşəm artıq mavi baxışlarından
Saçlarımdan gecənin şehini silib
Səbirsizcəsinə yağan yağışa dönüb
Yuyacayam bütün izlərin.

***

Sabahı səndə görub
Yaşatdım səni içimdə
Böyüdün arzularımla
ölümsüzləşdin
Səninlə yaşadım
Yaşayıram.

***

Sərxoş bir rüzğarla dans edirəm
Xəzər dənizinin qıyısında
Dalğalar çırpınır ürəyim kimi
Dəniz üzərinə yansıyan
Günəş ışıqları
Sənin sözcüklərini anımsadır mənə
Sözcüklərin bitməyən dənizdir gözlərimdə
Alır aparır məni sonsuzluğa.



***



Qəlbimin köşəsində
Tükənməz sevgim
Hər sabah əsir
Ruhunun tarlasında
Aldığım hər soluqda iztirabın dirənişi
Düşüncəmdə, inamla umudsuzluğun çatışması

Tənimdə qadın ruhunun yeşərməsi
Sən, gülümsə gözlərimdə doğan günəşə
Basdır bütün qayğılarımı
Oxşa yeşərmiş tutsaq ruhumu
Yudumla dolub daşan yalnızlığımı.


İran, Ərdəbil
XS
SM
MD
LG