Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:38

Abbas Abbasov: «Rusiyadakı soydaşlarımızın taleyi ilə oynamaqdan əl çəkin!»


Abbas Abbasov
Abbas Abbasov

-

Baş nazirin sabiq birinci müavini, Rusiyadakı azərbaycanlıların «Azerros» Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov iyunun 11-də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı son bir neçə ayda gedən prosesləri tənqid edən bəyanatla çıxış edib:

«Mən istəyirəm ki, Azərbaycanın bəzi siyasətçi, politoloq, ekspert və jurnalistlərinin hər biri tarixi vətənlərindən uzada yaşayan soydaşlarımız qarşısında məsuliyyətini dərk etsin. Müxtəlif səbəblərdən Azərbaycandan gedən və Rusiyada məskunlaşan soydaşlarımızın taleyi ilə oynamaqdan əl çəkin! Bu qarşıdurma kimə lazımdır? Başa düşürsünüzmü ki, sizin bu çirkin və düşmənçilik iyi verən kampaniyanız nəticəsində soydaşlarımızı hansı tale gözləyir?

ONLARDAN ƏL ÇƏKİN!

Bunu bilin ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti burada normal həyat sürür və ikinci vətənə çevrilmiş Rusiyanın onlar üçün yaratdığı bütün şəraitdən razıdırlar. Onlar Azərbaycanda siyasi situasiyanı gərginləşdirməyə gətirib çıxaracaq hansısa qovğalarda iştirakçı olmaq istəmirlər. Məgər sizin seçki mübarizəsində aparmaq üçün başqa vasitəniz yoxdur? İstəyirsiniz Rusiyada da azərbaycanlılar sizin «cəhdləriniz» sayəsində öz hüquqlarını itirsinlər? Onlardan əl çəkin! Rusiyanın axı sizin daxili işlərinizə nə dəxli var? Daha səmərəli işlər görməyə çalışın. Buna nə qədər dözmək olar?».

Abbas Abbasov Rusiyada yaşayan azərbaycanlılara müraciət edərək onların taleyi ilə kimsənin oynamasına imkan verməməyə çağırır:

«BİZ BU PSEVDOVƏTƏNPƏRVƏRLƏRƏ ÖZ SÖZÜMÜZÜ DEMƏLİYİK»

«Biz bu psevdovətənpərvlərə öz sözümüzü deməliyik. Onlara taleyimizlə oynamağa imkan verməməliyik. Korrupsiya və işsizlik kimi kəskin sosial problemləri həll etmək, keyfiyyətli tibb və təhsil imkanı yaratmaq əvəzinə onlar Rusiyanın timsalında özlərinə düşmən uydurublar. Onlar qəsdən Azərbaycandakı siyasi və ictimai stabilliyi pozmaq üçün bunu edirlər. Bu ağlagəlməz nəticələrə və xaosa gətirib çıxara və iki qardaş xalqı bir birinə düşmən edə bilər. Biz Rusiyada yaşayan azərbaycanlılar buna ciddi etiraz edirik. Biz qətiyyətlə KİV-lərdə yayılan təxribatçı və yalan informasiyalara öz etirazımızı bildiririk. Bəyan edirik ki, Rusiyaya qarşı atılan bu çirkin kampaniya rus torpağında yaşayan azərbaycanlılar tərəfindən dəstəklənməyəcək» deyə bəyanatda bildirilir.

BİZ BİLİRİK BUNLARI KİM EDİR

A. Abbasov son vaxtlar Rusiyadakı Azərbaycan Təşkilatlarının İttifaqı və «Azerros» təşkilatlarına qarşı Azərbaycan mətbuatında böhtanlar yazıldığını bildirir:

«Bunun arxasında kimin durduğu bizə məlumdur. Onların adlarını Azərbaycan və Rusiyada da bilirlər. Biz bilirik ki, bu prosesi kim idarə edir və kim maliyyələşdirir».
XS
SM
MD
LG