Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:08

Hassan Rohani İranın yeni prezidentidir (VİDEO)


Hassan Rohani İranın növbəti prezidentidir
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

Hassan Rohani İran prezidenti seçkilərinin qalibidir

-

HASSAN ROHANI MÖTƏDİLLİYİN EKSTREMİZMƏ QALIB GƏLDİYİNİ DEYİR


Hassan Rohani prezident seçilməsini mötədilliyin ekstremizm üzərində qələbəsi adlandırıb.

Amma Rohani aparıcı dünya ölkələrini İrana hörmətlə yanaşmağa və onun hüquqlarını tanımağa çağırıb.

Seçkinin nəticələri elan edildikdən sonra qələbəni qeyd etmək üçün küçələrə minlərlə adam axışıb.

HASSAN ROHANİ SEÇKİDƏ BİRİNCİ OLDU

İranın Daxili İşlər Nazirliyi iyunun 14-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.

İslahatçıların namizədi Hassan Rohani 50.07% səslə seçkilərdə qalib gəlib.

Səsvermədə seçicilərin 72.7% faizi iştirak edib.

İndiki prezident Mahmoud Ahmadinejad iki dəfə dalbadal seçildiyindən 3-cü müddət uğrunda mübarizə apara bilməzdi. 2009-cu ildə onun qalib gəldiyi seçki ölkədə kütləvi etirazlar və hərc-mərcliyə səbəb olmuşdu.

Hassan Rohani 1948-ci ildə anadan olub.

1969-cu ildə Tehran Universitetinə qəbul edilərək hüquq təhsili alıb. 1972-ci ildə Böyük Britaniyanın Qlazqo Universitetində doktorluq elmi dərəcəsi qazanıb.

Ayatollah Khomeini-nin silahdaşlarından olan Hassan Rohani 1979-cu il islam inqilabından sonra bir neçə dəfə İran parlamentinin deputatı, İran-İraq müharibəsi illərində (1980-1988) Ali Müdafiə Şurasının üzvü olub.

Hazırda keçmiş prezident Hashemi Rafsanjani-nin başçılıq etdiyi Məsləhət Şurasının üzvüdür.

Məlumata əsasən, o, alman, fransız, rus və ərəb dillərində danışa bilir.
XS
SM
MD
LG