Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:26

«Azərbaycan» qəzeti Bakıdakı tıxacı şeirlə yazdı


Bakıda tıxac
Bakıda tıxac
-
«Azərbaycan» qəzeti «maşın bolluğu»nun yaratdığı problemi şeirlə təsvir edib.
Qəzet maşınların çoxluğunu inkişafla əlaqələndirsə də, xeyli büdcə vəsaitləri xərclənməsinə, işlər görülməsinə baxmayaraq, yenə də günün 15-18 saatı Bakıda tıxac olmasından gileylənir.
...
Ölkə özü boyda maşın bazarı.
Nəqliyyat şahının əsəbimizlə
Şahmat oynamaqdır yoxsa azarı?
Gəlir dayanmadan maşın karvanı,
Kimdir bu karvanın acgöz sarvanı...
...
Qəzəb şeypurları çalınmalıdır,
Bizi tıxaclara salan kəslərin
Özləri tıxaca salınmalıdır

«MEHRİBAN ƏLİYEVANIN NAMİZƏDLİYİ NƏBZ YOXLAMASIDIR»

«Mehriban Əliyevanın namizədliyi nəbz yoxlamasıdır. Onun namizədliyini irəli sürən partiyalara təzyiqlərin olması, bu böyük oyunun xırda detallarıdır». Bunu «Azadlıq» qəzetinə Milli Şura üzvü Vidadi Mirkamal deyib:

«Hakimiyyət bütün beynəlxalq birliklərlə iş aparır, öz namizədinin müsbət imicini formalaşdırmağa çalışır. Əgər bu təbliğat müsbət nəticə versə, İlham Əliyevin namizədliyi saxlanacaq, əks halda Mehriban Əliyevan hakimiyyətin namizədi olacaq».

Foto: Arxiv
Foto: Arxiv
«YAP-IN NAMİZƏDİNİN DƏYİŞMƏSİ MÜMKÜN DEYİL»

YAP üzvü, deputat Rəbiyyət Aslanova «Bizim yol»da dərc olunan müsahibəsində «YAP-ın namizədinin dəyişməsi mümkün deyil» deyib:

«Biz İlham Əliyevdən başqa namizəd, ümumiyyətlə, sədrimizə rəqib olacaq başqa bir şəxs görmürük».

«...XALQ BUNUN HAQQINI ÖDƏMƏYƏ HAZIR OLMALIDIR»

«Ayna» qəzeti yazır ki, mediadan müstəqillik tələb edən xalq bunun haqqını ödəməyə hazır olmalıdır:

«...əgər gəlir yolları kəsilibsə, reklam sifarişçiləri kol dibinə çəkilibsə, oxucu gündə 30 qəpiyindən keçmək istəmirsə, əvvəllər azdan-çoxdan media layihələrini maliyyələşdirən beynəlxalq fondlar şələ-külələrini yığıb ölkədən gediblərsə, ictimai maraqları qorumalı olan mətbuat bunun ən ümdə şərtini-müstəqilliyini necə, nə ilə təmin etməlidir. Jurnalistikadan müstəqillik, obyektivlik tələb edən xalq bunun haqqını ödəməyə hazır olmalıdır».

İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin
PUTİNİN GƏLİŞİ

«Yeni Müsavat» qəzeti Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfərindən yazır. Qəzetə görə, «Putinin səfəri Azərbaycana yalnız zərər gətirəcək». Qəzetə görə, bu səfər Azərbaycan hakimiyyətindən çox Rusiya hakimiyyətinə lazımdır. Səfəri şərh edən politoloq Vəfa Quluzadə deyib ki, «bu səfər Rusiya-Azərbaycan əlaqələri müstəvisində olsa idi, bunu müsbət qarşılamaq olardı. Amma burda Putinin əsas məqsədi ABŞ-la çəkişmədə Azərbaycanı faktor kimi istifadə etməkdir».

«NEFTÇİ»NİN BAŞ MƏŞQÇİSİ KİM OLA BİLƏR?

«Futbol+» qəzeti «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyevin istefasından sonra bu kluba kimin baş məşqçi ola biləcəyi barədə yazıb. Qəzet bu post 3 nəfərin adını çəkir - Şahin Diniyev, Nazim Süleymanov və Ağasəlim Cavadov. Qəzet Şahin Diniyevlə Nazim Süleymanovun «Neftçi»ni çalışdırma şansının 35 faiz hesab edir. Ağasəlim Cavadovu da «ağ-qaralar» üçün yad sima saymayan qəzet onun şansını 30 faiz civarında dəyərləndirir.
XS
SM
MD
LG