Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:52

Prezidentliyə namizədlərin ilk teledebatı oldu


Prezidentliyə namizədlər
Prezidentliyə namizədlər
Sentyabrın 17-də İctimai Televiziyada prezidentliyə namizədlərin ilk teledebatı olub. Bir gün əvvəl nazmidələr və ya onların nümayəndələri radioda çıxış ediblər. Prezident İlham Əliyev debatların heç birində iştirak etməyib. Onu Yeni Azərbaycan partiyasının nümayəndələri Siyavuş Novruzov (radioefirdə) və Əli Əhmədov (TV-də) təmsil ediblər. Əsas polemika Milli şuranın nümayəndələri ilə prezident İlham Əliyev tərəfdarları olan namizədlərin arasında gedib.

Ancaq İqbal Ağazadə və Cəmil Həsənli öz çıxışını "niyə mövcud prezidentə deyil, mənə səs verməlisiniz" məntiqi üzərində qurmuşdular. Əksər namizədlərin çıxışının məntiqini isə qısaca belə formalaşdırmaq olardı ki, "müxalifətə səs verməyin, İlham Əliyev onlardan yaxşıdır"

TV debatda iştirk edən Milli Şuranın prezident namizədi Cəmil Həsənli Əliyevlər ailəsinin ünvanına kəskin təqnidlər səsləndirdi. Ümid, ADP və Ədalət partiyalarının nümayəndələri istisna olmaqla, yerdə qalan namizədlər öz çıxışlarını Cəmil Həsənlinin tənqidlərinə cavab verməyə, ona və Milli şuraya qarşı əks ittihamlara həsr etdilər.

Debatlarda kimin güclü, kimin zəif arqumentlərlə çıxış etməsi haqda ekspertlərin, siyasətçilərin reaksiyası, sosial mediada gedən müzakirələr haqda tezliklə AzadlıqRadiosu.az saytında.

Hələliksə teledebatda səslənən fikirlərin qısa xülasəsini təqdim edirik.

--

MÜSTƏQIL NAMIZƏD ZAHID ORUC:
"Siz hansı hökuməti istəyirsiz, dəyişən hökuməti, yoxsa asan hökuməti?"

“İctimai Televiziyanın bu efirini sadəcə məhkəmə salonuna çevirməklə hansısa bir NKVD müstəntiqi janrında, üslubunda çıxışlar etməklə xalqın səsini qazanmaq olmaz. İnsanları ittihamlara məruz qoyub millətin gələcəyini təmin etmək mümkün deyil”.


Siz hansı hökuməti istəyirsiniz? Dəyişən hökuməti, dəyişən hökuməti, yoxsa asan hökuməti?

Mən deyərdim asan hökuməti. Çünki bəzən hansısa kadrlırın dəyişməsi keyfiyyətli iş yaratmır. Açıq söyləmək lazımdır, bəzən cəzalandırma,kütləvi qovma da nəticəyə aparmır.Bizim üçün məqbuldurmu asan hökumətə keçmək? Əlbəttə biz bunun tərəfindəyik”.
--

ÜMID PARTIYASININ PREZIDENTLIYƏ NAMIZƏDİ İQBAL AĞAZADƏ:
"80 faiz vətəndaşımız banklara borcludur"

İqbal Ağazadə ona ayrılan vaxtın hamısından bir dəfəyə istifadə etdi. O bildirdi ki, iqtidar nümayəndələri çıxışlarında rahat şəkildə hər şeyin çox gözəl olduğunu deyirlər, amma heç də hər şey onların dediyi kimi deyil.

“Müəllimlərin, həkimlərin təqaüdçülərin, tələbələrin, gənclərin , işsizlərin, ziyalıların problemləri dünənkindən də bir qədər də ağırdır. 80 faiz vətəndaşımız bank sektoruna borcludur" - deyə İqbal Ağazadə bildirdi.

Çıxışını bitirən namizəd debatları tərk etdi.

--

İLYAS İSMAYILOVUN SƏLAHIYYƏTLI NÜMAYƏNDƏSİ MÜTƏLLIM RƏHIMOV:
"Bir nəfərdən başqa heç kimdə İlyas İsmayılov qədər dövlətçilik təcrübəsi yoxdur"

Ədalət partiyasının nümasəyndəsi İlyas İsmayılovun prezidentliyə iddiasını belə əsaslandırdı: "SSRİ dövlətində, böyük bir imperiya rəhbərliyində işləyən iki şəxsdən biri İlyas İsmayılov olub. Namizədliyini irəli sürənlər arasında indiki prezidenti çıxmaq şərti ilə heç kimdə İlyas ismayılov qədər dövlətçilik təcrübəsi yoxdur".
--

MÜASIR MÜSAVAT PARTIYASININ NAMIZDƏI HAFIS HACIYEV:
"Cəbhəçilərin vahid namizədi elə mənəm"

Hafiz Hacıyev milli hakimiyyətin dövründə nazir olduğunu, vaxti ilə onunla bir yerdə olan cəbhəçilərin bəzi müxtəlif qurumlarda birləşməsinə baxmayaraq ona səs verməsini istədi

“Hesab edirəm ki, elə onların vahid namizədi mən olacam və səslərini mənə verəcəklər. Elçibəy yolu demirlər, elə biz Elçibəy yolundayıq. Onun komandasında olan 3 nəfər burda əyləşib, onlar da yaxşı olardı mənim namizədliyimi dəstəkləsinlər. Mən istəməzdim ki, onlar axşama qədər Amerika səfirliyini qarşısında “oçirertdə” dursunlar" - dursunlar deyən Hafiz Hacıyev müxalifət rəhbərlərini ermənilərə işləməkdə ittiham etdi.
--

NAMIZƏDLIYI MILLI DIRÇƏLIK HƏRƏKATI PARTIYASI TƏRƏFINDƏN IRƏLI SÜRÜLMÜŞ FƏRƏC QULIYEV:

"Mən prezident seçilsəm, Neft fondunun xaricdə olan vəsaitlərinin əksəriyyətini Azərbaycana qaytaracağam"

“Biz gənclərimizə sahib çıxmalıyıq. Çalışmalıyıq ki, gənclərimiz xaricə sığınmasınlar. Bizim 1 milyon 600 mindən çox gəncimiz Rusiyada qalmasın. Sadə bir resept demək istəyirəm. Mən prezident seçilərəmsə azərbaycan neft Fondunun xaricdə olan vəsaitlərinin böyük əksəriyyətinin Azərbaycana qayıtmasını təmin edəcəm. 1 milyon 600 min xarici vətəndaş olmayacaq. İkincisi 1 milyon 600 min qızlarımız evlərdə qarımayacaq. Bu insanlar əyalətdə bolluq, şəhərdə ucuzluq yaradacaqlar”
--

AZƏRBAYCAN DEMOKRAT PARTIYASININ SƏDRI SƏRDAR CƏLALOĞLU:
"Nəinki prezident, heç icra başçısının platformasını şərh etməyə imkanımız yoxdur"


“Zahid bəy müxalifətin vəzifələri barədə o qədər aydın danışdı ki, düşündüm ki, nə əcəb o müxalifətə keçib bu vəzifələri yerinə yetirmir. Əslində baxsan, Azərbaycan cəmiyyətinin bəlası da elə burdadır. İqtidarda oturan müxalifətin nə etməli olduğunu deyir, müxalifətdə olan da iqtidarın. Halbuki hərə özünün nə etməli olduğunu bilsə daha yaxşı olar. Çox təəssüf ki, bizə elə qısa vaxt ayrılıb ki, bu vaxt ərzində nəinki burda bir prezident kimi, heç icra başçısının platformasını şərh etməyə imkanımız yoxdur. Bu gün azərbaycanlılar dünyanın hər yerinə mühaciərət ediblər. Hətta Avstraliyada azərbaycanlıların kəndləri var. Rusların yaşamadığı yerlərdə azərbaycanlılar yaşayır. Azərbaycanda məqsədim sosial dövlət qurmaqdır. Əgər prezident seçilərəm ölkədə sosial dövlət və hüquqi qurmağa çalışacam".
--

BÜTOV AZƏRBAYCAN XALQ CƏBHƏSI PARTIYASININ SƏDRI QÜDRƏT HƏSƏNQULIYEV:
"Cəmil müəllim kitabında Heydər Əliyevi ümummilli lider adlandırır"

Qüdrət Həsənquliyev çıxışında əvvəlcə Milli Şuranın təsis bəyannaməsinə toxundu. Orda Azərbaycanda avtoritar sülalə rejimin olması barədə yazılanları diqqətə çatdı. Daha sonra isə Milli Şuranın namizədi Cəmil Həsənlinin 2009-cu ildə yazdığı kitabdan sitatlar gətirdi.

“Yeri gəlmişkən bu kitaba ön sözü Azərbaycanən ən bacarıqsız xarici işlər naziri Elmar Məmmədyarov yazıb. Cəmil müəllim o kitabda Heydər Əliyevi ümummilli lider adlandırır ”
--

MILLI ŞURANIN NAMIZƏDI CƏMİL HƏSƏNLİ:
"Yaxşı olardl İlham Əliyev Dubayda 11 yaşlı oğluna 75 milyona necə 9 mülk almasına cavab versin"

“Qüdrət müəllim mənim kitabımdan H. Əliyevlə bağlı sözlər oxudu. Ona təşəkkür edirəm. O kitabı mən yazmışam və dediyimin üzərində də dayanıram. Ancaq məsələlər tək ondan ibarət deyil. Mənim o kitabım çıxandan sonra xeyli faktlar aşkarlandı. Bir prezident kimi İ . Əliyev o faktlara münasibət bildirməli idi və bu gün bir məqam idi ki, o da bizimlə bərabər (iştirak etsin), sorgularımıza, bu xaqlın sorgularına cavab versin . Məsələn, ona cavab versin ki, prezident olduğu bir müddətdə, oğluna – 11 yaşlı oğluna Dubayda 75 milyona 9 mülk alıb və bir vaxtlar cəmiyyətimiz bunu bilmirdi. "Vaşinqton Post" kimi bir mətbuat orqanı bu haqda məlumat verib. Bu fakt normal bir ölkədə açıqlansaydı, həmin siyasətçi həmin axşam siyasətdən, ölkənin rəhbərliyindən getməli idi. Yaxud bu yaxınlarda Vircin adalarında, Britaniyanın, 48 mlrd Azərbaycandan oğurlanmış vəsait barədə sənədli, sübutlu məsələlər qoyuldu ortalığa. Və bunun hesabını Azərbaycan millətinə vermək lazımdır. Azərbaycanın büdcəsi cəmisi 20 mlrddır. Bu büdcədən artıq olan vəsait necə oğurlanıb?! Panama şirkətləriylə bağlı söz-söhbət dolanır və bunun sənədləri sübutları ortaya qoyuldu. Bir prezident kimi, üçüncü dəfə prezidentliyə gedən şəxs kimi İlham Əliyev bu məsələlərə aydınlıq gətirməliydi və Azərbaycan ictimaiyyətinə bunun açıqlamasını verməliydi”

Cəmil Həsənli onun xəstə və əlil olması ilə deyilən fikrə cavab olaraq bildirdi ki, fiziki xəstə olmaq heç də ayıb deyil. "Xəstə olmaq camaatın pulunu xaricə daşımaqdır. Mömin insanların cibinə narkoyik maddə atıb saxta ittihamlarla onu tutmaq, islam inanclarını narkotikə bulaşdırmaqdır" - deyə əlavə etdi.
--
İLHAM ƏLIYEVIN SƏLAHIYYƏTLI NÜMAYƏNDƏSI YAP ICRA KATIBI, DEPUTAT ƏLI ƏHMƏDOV:
"Cəmil Həsənli, Siz vaxtından 4 il əvvəl pensiyaya necə çıxıbsız?"

İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP icra katibi Əli Əhmədov Cəmil Həsənlini saxta sənədlərlə pensiyaya çıxmaqda ittiham etdi.

“Cəmil Həsənli İ. Əliyev haqqında heç bir dəlili olmayam müəyyən təzyiqlər vasitəsi ilə ayrı-ayrı Azərbyacandan kənarda olan mərkəzlər tərəfindən uydurulumuş, qəzet materialları əsaında ittihamlar səsləndirir. Mən Cəmil müəllimə bir neçə sual vermək istəyirəm. Cəmil Həsənli, Azərbaycanda pensiyaya çıxma yaşı 64 olduğöu halda Siz pensiyay çıxma yaşından 4 il əvvəl, 2011- ci ildə pensiyay necə çıxıbsız? Xəstəliyi nədir? Yaxşı görmür. Siz heç C. Həsənlini nə zamansa eynəkdə görmüsüzmü? 3-cü qrup əlildir. Əlillik iş qabiliyyətini itirmək deməkdir. Mənə təqdim olunnan sənəddə göstərilib ki, C. Həsənli yalnız az həcmdə yüngül işdə işləyə bilər. Siz prezidentliyə namizədliyinizi verəndə düşünmüsünüz ki Siz əlilsiz və Siz az həcmli yüngül işdən başqa işdə işləyə bilməzsizniz? Siz xəstəyə oxşamırsız. Siz ya etiraf etməlisiniz ki, fırıldaqla pensiyaya çıxmısınız, ya da əlilsiniz və ən yüngül işlərdə işləyə bilərsiniz. Biz Sizdən bu cavablı gözləyirik.

Debatlar , həftənin cüt günləri televiziyada, tək günləri isə , radioda davam etdiriləcək.İctimai televiziyada debatlar, oktyabrın 6-sı, radiooda isə, 8-dək davam edəcək. Prezidentlik uğrunda, 10 namizəd mübarizə aparır.

Azərbaycanda prerzident seçkiləri, oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG