Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:28

“Alo, məmur qəbuluna düşə bilmirəm”


Sumqayıt
Sumqayıt
-

“Bir ildir Sumqayıt şəhər İcra Hakimiyyətinə gedirəm. Elə qapıdaca polislər ya deyirlər rəhbərlik yerində yoxdur, ya deyirlər qəbul keçirilmir. Orda divara başçının da, müavinin də qəbul günləri, saatları yazılıb vurulub”.

Vüqar Mikayılov 1-ci qrup əlildir. Bir neçə il əvvəl keçirdiyi qəza nəticəsində onurğa sütunu zədələndiyindən yeriyə bilmir. Ancaq deyir, əlil arabasına oturmaq da mənlik deyil:

DEPRESSİYANI UNUTMASI İŞDƏN, İŞİ TORPAQDAN KEÇİR...

“5-6 addım yeriyib dayanıram, bir az özümə gəlib yenə yeriyirəm. Bununla belə, mən özümə söz vermişəm ki, əlil arabasına oturmayacam. Özümdə təpər tapıb işləyəcəm. Şükür ki, əllərim və başım salamatdır. İcra hakimiyyətinə də ona görə gedib gəlirəm ki, mənə bir parça torpaq ayırsın. Kiçik köşk tikib içərisində min bir xırdavat satmaqla özümü dolandırım”.

29 yaşlı Vüqarın əlilliyi onun ailə həyatını da alt-üst edib. Deyir, yenicə evlənibmiş ki, həyat yoldaşı onun əlilliyinə tab gətirməyərək boşanmaq qərarı verib. O düşünür ki, həm də başına gələn bu hadisənin depressiyasını unutmaq üçün mütləq bir işin qulpundan yapışmalıdır.

Sumqayıt şəhər İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirdilər ki, Vüqar Mikayılov Sumqayıtdakı məkrəzi parkın yanında torpaq sahəsi ayrılması üçün müraciət edib. Ona bir neçə dəfə bildirilib ki, torpaqla bağlı müraciətlərə yerli bələdiyyə baxır.


Sumqayıt bələdiyyəsindən isə dedilər ki, Vüqar Mikayılova torpaq sahəsinin yalnız hərrac yolu ilə satılmasının mümkünlüyü bildirilib. O isə torpaq sahəsini əlil kimi pulsuz əldə etmək istəyir.


QANUNVERİCİLİKDƏKİ SON DƏYİŞİKLİKLƏR NƏ DEYİR...


Vüqar Mikayılov bu istəyini danmır:

“ATAM DA ÇERNOBIL ƏLİLİDİR. YƏNİ ƏLİL AİLƏSİNƏ BİR PARÇA TORPAQ GÜZƏŞT OLUNA BİLMƏZ?”

Əlilin sualını hüquqşünas Namizəd Səfərov cavablandırır. O deyir ki, qanunvericilikdəki son dəyişikliklər əlillərə pulsuz torpaq sahəsi ayrılmasını mümkünsüz edir. Ancaq torpaq hərracında əlillərə bəzi güzəştlərin mövcud olduğunu da deyir:

Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
“2007-ci ilin dekabrın 1-dən Azərbaycanda torpaq sahələri vətəndaşlara yalnız hərrac vasitəsilə satılır. Hərracda müəyyən start qiymət müəyyənləşdirilir, sonradan bu qiymət müraciət edənlərin sayından asılı olaraq qalxa da bilər. Pulsuz torpaqla təminatdan isə söhbət gedə bilməz. Ailədə 2 nəfər əlildirsə, onların haqqı var ki, müraciət etsinlər bələdiyyəyə, bələdiyyənin də borcudur ki, torpaq hərracı keçirilərkən birinci növbədə əlili xəbərdar etsin ki, əlil hərracda iştirak etsin. Pulsuz torpaq verilməsə də, əlil olduğuna görə həmin alıcıya hərracda qiymət məsələsində müəyyən güzəştlər ola bilər”.
XS
SM
MD
LG