Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:38

ABŞ senatoru: «Putin qonşu ölkələrə təzyiq edir, imperiyanı bərpa etməyə çalışır»


John McCain
John McCain
-

Amerika senatoru John McCain pravda.ru saytına yazdığı məqalədə bildirmişdi ki, ruslar Putin hökumətinin yürütdüyü siyasətdən daha artığına layiqdirlər.

Bundan sonra Rusiyada onu tənqid etməyə başlayıblar. McCain isə fikrinin üstündə dayandığını deyir:

“Mənim verdiyim şərh faktlara əsaslanır: repressiyalara, “Maqnitski işi”nə, media üzərində tam nəzarət faktına, insan haqlarının pozulmaqda davam etməsinə.”

McCain bu yazını Putinin ötən həftə “New York Times” qəzetində çap edilən və Amerikanın siyasətini tənqid edən məqaləsinə cavab olaraq yazıb.

Azadlıq Radiosunun rus xidmətinə verdiyi müsahibədə McCain deyib ki, məqaləni yazmaqla ruslara həqiqətləri çatdırmağa çalışıb: Rusiyada korrupsiyalaşmış məmurları ifşa edən vəkil Sergey Maqnitskinin işi, faktiki olaraq homoseksuallığı qadağan edən qanun və s. məsələlərlə bağlı:
Vladimir Putin
Vladimir Putin

“Həqiqəti bilmək həmişə çox mühümdür və cənab Putinin "New York Times" qəzetindəki məqaləsində deyilənlər Rusiyadakı gerçək vəziyyətlə ziddiyyət təşkil edir. Rus xalqı ilə ünsiyyət imkanı yaranan kimi, fərqi yoxdur, bu imkanlar genişdir, ya yox, mən o imkandan istifadə edəcəyəm, çünki mən əslində rusiyayönümlüyəm və biz həmişə Putin avtoritarizminin
Rusiya - polis gey aksiyaçılar və onlara etiraz edən pravoslav fəalları ayırır, 13 iyun 2013
Rusiya - polis gey aksiyaçılar və onlara etiraz edən pravoslav fəalları ayırır, 13 iyun 2013
orakılıqlarından əziyyət çəkən xalqın halına acıyacağq, o zorakılqlara qarşı çıxacağıq”.

Rusiya ilə Amerikanın münasibətləri bir neçə ay əvvəl yenə korlanmağa başlayıb – Kreml amerikalı kəşfiyyatçı Edward Snowden-ə sığınacaq verəndən sonra.

Bundan sonra ABŞ prezidenti Obama Putinlə görüşünü ləğv etmişdi.

McCain düşünür ki, onun ölkəsi gələcəkdə Rusiya ilə əlaqələr qurarkən “Putinin əsl həqiqətdə kim olduğunu” nəzərə almalıdır:

“Biz Rusiya ilə münasibətlərdə realist olmalıyıq. Bilməliyik ki, Putin rus imperiyasının nüfuzunu və gücünü bərpa etmək istəyir. Bunun üçün hər şeyə hazırdır. Çeçenistandakı qətliamdan hamımızın xəbərimiz var. O, Gürcüstana müdaxilə etdi. İndi də qonşu dövlətlərə təzyiqlər edir. Putin, bax, bu adamdır, onun kimliyini dərk etməliyik".

McCain iddia edir ki, Rusiya Suriyanın zorakı rejimini dəstəkləyir, üsyançıların kimyəvi silah işlətməsi haqda yalan məlumat yayır, silah-sursatla dolu rus təyyarələri davamlı şəkildə Dəməşqə gəlməkdədir.
XS
SM
MD
LG