Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:40

Mehman Hüseynovu «300 spartalı»ya görə saxlayıblar


Mehman Hüseynovla bağlı Prokurorluğun dəvət kağızı
Mehman Hüseynovla bağlı Prokurorluğun dəvət kağızı
-

"300 spartalı” videosu hazırlayan «Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Mehman Hüseynov oktyabrın 2-də səhər saatlarında naməlum adamlar tərəfindən Baş Prokurorluğa aparılıb.

Bir neçə saat Baş Prokurorluqda saxlanılan jurnalist sərbəst buraxıldıqdan sonra AzadlıqRadiosuna qısa müsahibə verib.


- Səhər saatlarında 2 mülkü geyimli şəxs bizim ofisə gələrək, ofisdə hansı tədbirin keçirilməsiylə maraqlandılar. Sonra məni özləriylə birlikdə Baş Prokurorluğa aparmalı olduqlarını dedilər. Mən də onlarla getdim. Mən hiss etdim ki, dünən yaydığım videoya görə aparırlar. Bir neçə saat məni bu video ilə bağlı sorğu- sual etdilər. Sonra dedilər ki, prezident seçkiləri ərəfəsində fəallığımı bir az azaldım. Mənsə bildirdim ki, mən jurnalistəm, satirik videolar hazırlayıram və bu işə də davam edəcəm. İlham Əliyev tez-tez səsləndirdiyi “Azərbaycanda internet azaddır” fikrini də diqqətlərinə çatdırdım… Mənim hazırladığım videoda qanunsuz heç bir şey yoxdur. Bundan sonra da tənqidi, satirik videoları hazırlamağa davam edəcəm.

***
Mehman Hüseynov saxlanmazdan bir gün əvvəl prezidentliyə namizəd Cəmil Həsənli ilə bağlı videorolik hazırlayıb. Jurnalistin məhz bu videoya görə saxlandığı bildirilir.
"300 spartalı" filmindən kadr, Youtube
"300 spartalı" filmindən kadr, Youtube

Rolikdə 2006-cı ildə Amerikada çəkilən "300" filminin kadrlarından istifadə edilib. Film 300 spartalının Fermopil döyüşündə əfsanəvi qəhrəmanlığından bəhs edir.

Bu döyüş e.ə. 480-ci ilin sentyabrında işğalçı fars ordusu ilə yunan əsgərləri arasında olub.

Sayı 250 min nəfərə qədər olan fars ordusuna qarşı 8 minlik yunan qoşunu vuruşub.

Onlar 2 gün dar dərədə fars qoşununun qarşısını ala biliblər, amma mühasirədən ehtiyat etdikləri üçün çoxu geri çəkilib.

Yalnız bir neçə yüz nəfərlik spartalı dəstə qalıb. Qəhrəmancasına döyüşsələr də sonda məhv ediliblər.

***

əvvəlki xəbərlər

PROKURORLUĞUN AÇIQLAMASI

«Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Mehman Hüseynov sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılması məqsədilə bu gün izahatının alınması üçün Baş Prokurorluğa dəvət edilib.
Hazırda müvafiq araşdırmalar davam etdirilir».
Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

SAAT 10.35

Oktyabrın 2-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı
Mehman Hüseynov saxlanıb.
RATİ-dən AzadlıqRadiosuna verilən məlumata görə, səhər saatlarında bir neçə mülki geyimli şəxs ofisə gəlib. Onlar Mehman Hüseynovla görüşmək istədiklərini bildiriblər. Mehman ofisin qarşısındakı həyətə çıxanda özlərini
Mehman Hüseynov
Mehman Hüseynov
təqdim etmədən onu “Prado” markalı maşına mindirib aparıblar. Gələnlər RATİ əməkdaşlarına kim olduqlarını deməyiblər. Bir onu deyiblər ki, Mehman Hüseynovu Baş Polis İdarəsinə aparırlar.
RATİ əməkdaşlarının dediyinə görə, onlar Bakı Şəhər Baş Polis idarəsində olublar. Ancaq onlara Mehman Hüseynovun idarəyə gətirilmədiyini bildiriblər.
Bakı şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, onlar hər hansı məlumat verə bilməzlər: "DİN-in mətbuat xidmətinə zəng etmək lazımdır".

DİN-in mətbuat xidməti isə telefon zənglərinə cavab verməyib.

VƏKİL DEYİR Kİ...

Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov
«Mehman Hüseynovu Baş Prokurorluğa aparıblar. Onu saxlayanda heç bir açıqlama verməyiblər. Noutbukunu istəyiblər. Hələ ki, başqa bir məlumat verilmir».
Bu haqda AzadlıqRadiosuna Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib. Elçin Sadıqov deyib ki, «Məni Mehman Hüseynovla görüşə buraxmırlar. Deyirlər hələ cinayət işinə başlamamışıq. Amma Cinayət Prosessual Məcəlləsinin 19.3-cü maddəsi heç bir halda vəkilin iştirakına qadağa qoyula bilməyəcəyini deyir. Bunu onlara çatdırdım, ancaq heç əhəmiyyət verən də yoxdur».
Elçin Sadıqov deyir ki, hazırda Baş Prokurorluğun qəbul otağının qarşısında gözləyir..

MEHMAN HÜSEYNOVU "300 SPARTALI" VİDEOSUNA GÖRƏ SAXLAYIBLAR

Prokur

PROKURORLUĞUN AÇIQLAMASI

«Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Mehman Hüseynov sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılması məqsədilə bu gün izahatının alınması üçün Baş Prokurorluğa dəvət edilib.
Hazırda müvafiq araşdırmalar davam etdirilir».
Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Vəkili Elçin Sadıqov deyir ki, ifadə alınmasında onun da iştirakına icazə verilmir. Amma Mehman Hüseynovla 5 dəqiqəlik söhbətə nail olub. Mehman özü və prokuror da ona deyib ki, sonuncu videoya görə saxlayıblar (300 spartalı videosu).
Mehman Hüseynov ötən il iyunun 6-da da həbs olunmuşdu. Həmin vaxt haqqında Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdı. O, mayın 21-də İctimai Palatanın Bakı meriyasının binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunmuşdu. Həmin vaxt iyunun 12-də tutulan jurnalist bir gün sonra iyunun 13-də buraxılmışdı.
XS
SM
MD
LG