Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:30

«İşgəncə verib boynuna oğurluq qoyublar»


Arxiv foto
Arxiv foto
.
20 yaşlı Sənan Əsgərov köçkün ailəsindəndir. Keçən ilin dekabr ayında Pirşağıda baş vermiş bir oğurluq hadisəsinə görə Sabunçu rayonu, 15-ci polis bölməsi tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Anası Raisə Əsgərova AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, oğlunu törətmədiyi cinayətə görə həbs ediblər, işgəncə yolu ilə boynuna bir neçə oğurluq cinayəti qoyublar:
«Pirşağıdakı qaçqın düşərgəsində yaşayırıq. Keçən il dekabrın 12-də 15-ci bölmənin işçiləri tutub apardılar, ki gün bölmədə saxladılar. Ordan Sabunçu Rayon Polis İdarəsinə apardılar, işgəncə verdilər. Bu yolla da boynuna oğurluq cinayəti qoydular, göndərdilər Bakı İstintaq Təcridxanasına. Biz prezidentə, daxili işlər nazirinə, baş prokurora şikayət məktubları göndərdikcə, hər dəfə təcridxanaya gedib Sənna təzyiqlər göstərirdilər. Ona gah azadlıağa buraxılacağı ilə aldadırdılar, gah döyürdülər».
Ananın deməsinə görə, istintaq orqanı Pirşağıdakı bir neçə oğurluq hadisəsini Sənanın üzərinə yıxmaqla öz işini yüngülləşdirmək istəyir:
«Əsl cinayətkarları tapıb üzə çıxarmağa peşəkarlıqları çatmır, əllərinə kim keçdi tutub cinayətləri boynuna qoyurlar. Bununla da işlərini bitmiş hesab edirlər».
Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Pirşağı qəsəbəsində yaşayan Rabil Fərzəliyev ötən il dekabrın 11-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ərizəsində göstərib ki, dekabrın 9-dan 11-dək Salyanda olub, evə evə qayıdanda pəncərələrin dəmir barmaqlıqlarının qırıldığını, şüşələrin sındırılaraq mənzilindən oğurluq edildiyini görüb. Araşdırma aparılarkən evdən 1 ədəd “Samsunq” markalı televizor, 1 ədəd kompüter dəsti, qızıl-zinət əşyaları və 600 manat pulun oğurlandığı məlum olub.
Orxan Mansurzadə:
«İstintaq əməliyyat-axtarış tədbirləri nəticəsində Rabil Fərzəliyevin evindən oğurlanmış 1 qızıl üzük və qol saatı Laçın köçkünü, Pirşağıda məskunlaşan Qalib Mirzəyevdən aşkarlanıb. Qalib Mirzəyev ifadəsində qızıl-zinət əşyalarını Sənan Əsgərovdan aldığını bildirib. Sonrakı tədbirlərlə Rabil Fərzəliyevin evindən oğurlanmış digər əşyaların, o cümlədən 1 ədəd «Samsunq» markalı televizorun Bərdə rayonunda anadan olmuş, hazırda Pirşağıda yaşayan Kəmalə Bağırovaya və onun Reyhan adlı bacısına satıldığı məlum olub. Baxış zamanı Kəmalə Bağırovadan və bacısından daha bir musiqi mərkəzi, 2 qiymətli vaza da götürülüb ki, bu əşyalar da Sabunçu qəsəbəsinin başqa sakini Rafiq Əliyevin mənzilindən oğurlanıbmış».
Orxan Mansurzadənin sözlərinə görə, adları çəkilən şəxslərin ifadələri alınarkən məlum olub ki, əşyaları onlara Sənan Əsgərov satıb. DİN sözçüsü tutulan şəxsə işgəncə verilməsi ilə bağlı deyilənləri də təkzib edib.
XS
SM
MD
LG