Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

Prezidentin qızını niyə vururlar?


Gulnara Karimova
Gulnara Karimova
_

Özbəkistan prezidenti İslam Karimovun az qala özündən də populyar olan böyük qızı Gulnara Karimovanın işləri bu aralar heç də yaxşı getmir.


AVROPADAKI PROBLEMLƏRİ

10 ildir həm Özbəkistan, həm də xaricdə yetərincə fəal olan 41 yaşlı Karimovanın öncə Fransa və İsveçrədəki ofislərində axtarış aparılıb. Onun bəzi yardımçıları pul yumada ittiham olunaraq istintaqa cəlb edilib. G.Karimovanın özünə qarşı də rüşvət və pulyuma ittihamları var.

Eyni vaxtda Karimova Özbəkistanın Cenevrədəki səfiri statusunu da itirdi və diplomatik toxunulmazlığı qaldırıldı.

İndi isə Karimovanın Özbəkistandakı şirkətləri və iş gördükləri adamlara qarşı kampaniya gedir.


GULNARANIN ŞİRKƏTLƏRİNDƏ YOXLAMALAR

Onun nəhəng Terra Group adlı media holdinginin hesabları dondurulub. İnfinbankdan AzadlıqRadiosuna hesabların maliyyə pozuntuları istintaqı üzündən dondurulduğunu təsdiqləyiblər. Terra Grupun özündən isə bildiriblər ki, ümumiyyətlə onların maliyyə idarəsi “möhürlənib”, şirkət bağlanıb.

Ötən həfə Karimovanın 3 radio və 4 televiziya kanalı efirdən itib. Karimova özü sosial mediada faktı belə izah edib ki, nə qədər səfeh görünsə də, Dövlət Media Agentliyi onun kanallarında 12 fıərqli pozuntu aşkarlayıb və yayımdan çıxarıblar.

Karimovanın Araşdırma mərkəzi və Xeyriyyə fonu ilə bağlı da vergidən yayınma maddələri üzrə yoxlamalar başlanıb.


GULNARANIN YAXINLARININ HƏBSİ

Gulnaranın qohumu və biznes tərəfdaşı olan neft baronu Akbarali Abdullayev Dubaydan qayıdan kimi həbs edilib, Onu reketçiliklə məşğul olan cinayətkar dəstə yaratmaqda ittiham edirlər. Gulnaranın layihələrinə rəhbərlik edən Gayane Avakyan isə ev həbsindədir.

Bütün bunların baş verdiyi zaman isə onun atası İslam Karimovun heç bir açıqlaması yoxdur. Sovetlər dönəmindn ölkəyə rəhbərlik edən və hətta siyasi rəqiblərini canlı-canlı qaynatmaqla işgəncə verməkdə də ara-sıra ittiham olunan Karimovun susqunluğunu hərə bir cür izah edir.


PREZİDENTİN QIZINI KİMLƏR VURUR?

Məsələn, Özbəkistanlı şərhçi Daniil Kislov Economistə deyib ki, çox güman ki, Gulnaraya qarşı Avropada başlanan istintaqlar üzündən prezident onu özündən uzaqlaşdırmaq və artıq şıltaqlıqlarına göz yummamağı qərara alıb.

Ancaq Times jurnalı yazır ki, ola bilsin ki, Karimovun ətrafındakıla nüfuzlu şəxslər özləri Gulnaranın hakimiyyətə gəlmək ambisiyalarını cilovlamaq üçün ona qarşı hücuma keçiblər. Bunlardan biri Baş nazirin müavini Rustam Azimov ola bilər. Gulnara onu bir neçə dəfə korrupsiyada ittiham edən bəyanatlar vermişdi. Gulnara Karimovanın Özbəkstanda hər şeyi nəzarətə almaq cəhdlərindən bezən digər bir klan isə gizli-polisin rəhbəri Rustam İnoyatov və Baş nazir Shavkat Mirozyev ola bilər.


GULNARA KARİMOVANIN "ŞÖHRƏTİ"

2010-cu ildə Alman Der Speigel jurnalı Gulnara Karimovanın varidatının 570 milyon dollar olduğunu yazmışdı. WikiLeaksda açıqlanan ABŞ diplomatik yazışmalarında isə Karimova haqda “oğruların baronu” və “Özbəkistanda ən çox nifrət edilən şəxs” kimi söz açılırdı.

Hətta doğma kiçik bacısı Lola Karimova da oktyabrda BBC-yə verdiyi müsahibədə Gulnara Karimova və elədikləriylə heç bir əlaqəsi olmadığını bildirib ondan üz döndərmişdi. Bundan sonrasa Gulnara bacısını da sosial mediada biyabır eləmişdi. Gunara öz anasını da sosial mediada satanist rituallar icra etməkdə ittiham eləyirdi. Onun sevgilisi Rustam Madumarov isə çoxdandır ki, yoxa çıxıb, bəziləri Özbəkistandan qaçdığını düşünür.

GULNARA PREZİDENTİN VARİSİ OLACAQMI?

Qərb mediasındakı şərhçilər düşünür ki, indi Gulnara Karimovaya qarşı aparılan kampaniya birbaşa olaraq 2015-ci ilin yanvarına nəzərdə tutulan prezident seçkiləri ilə də bağlı olar. Çünki indi 75 yaşı olan İslam Karimovun səhhəti ilə bağlı mübahisəli məlumatlar gəlir və Gulnara da nə vaxtsa prezidentin varisi olmaq ambisiyalarını heç vaxt gizlətməyib. Times yazır ki, çox ola bilsin ki, indi də məhz İslam Karimovun ətrafında olan digər qüvvələr bu üzdən pis şöhrət toplamış Karimovanı hər ehtimala qarşı zəiflətmək qərarına gəlilbər.
XS
SM
MD
LG