Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:26

G. Əhmədova: Elşad Abdullayevin maskasını cırıb göstərəcəm


Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: publika.az)
Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: publika.az)
-
Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Proses başlayan kimi Gülər Əhmədova açıqlama ilə çıxış edib. O 1 il 2 aydır şər- böhtana görə həbsdə olduğunu deyib:
«Bir daha deyirəm. Elşad Abdullayev ilə mənim aramda mandat alveri olmayıb, heç vaxt söhbətimiz deputatlıqdan getməyib. Elşad Abdullayev özü boyda bir yalandır. Zaman gələcək Elşad Abdullayevin deyil Gülər Əhmədovanın dedikləri sübut olunacaq».
Gülər Əhmədova Sevinc Babayevanın ailəsinin öyrədilərək şahidlik etdiyini bildirib:
«Sevinc Babayevanın oğlu Ayxan vəkil Adil İsmayılovun vasitəsi ilə öyrədilir. O da gəlib üzümə durur, yalandan dövlət adamlarının adını hallandırır. Adil İsmayılovun imkanı olsaydı gəlib özü ifadə verərdi. Mən heç vaxt Adil İsmayılovun, Elşad Abdullayevin şantajlarına baş əyməmişəm. Bu ailəni Elşad Abdullayev maliyyələşdirir. Anası Ayxanın pul kisəsi idi, indi əlindən çıxıb, pulsuz qalıb.
Elşad Abdullayevin qurbanlarının sayı 5000-i keçib. Mən onların siyahısı bir bir mətbuata ötürəcəyəm. Mən Sevinc Babyeva deyiləm, söz verirəm, ölməyəcəyəm. Elşad Abdullayevin üzünü açıb, maskasını cırıb göstərəcəm. Elşad Abdullayevi Fransada həbsxanaya mən saldıracağam. Burdan çıxandan sonra mən Fransaya gedib, orda Elşad Abdullayevi məhkəməyə verib tutduracam».
Proses davam edir.
Bu ilin fevralın 13-də G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
XS
SM
MD
LG