Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:39

«Şərq Tərəfdaşlığında insan hüquqları nəzərə alınsın»


Human Rights Watch logo
Human Rights Watch logo
-
Human Rights Watch post-sovet ölkələri ilə münasibətlərin dərinləşdirilməsi üçün prinsipal yanaşmaya çağıran bəyanat yayıb.

“Avropa Birliyi Şərq Tərəfdaşlığına daxil olan ölkələrlə münasibətlərin kökündə insan haqlarının saxlanmasını təmin etməlidir,” bəyanatda belə deyilir.

Noyabrın 28-29-da Avropa Birliyi Vilnusda şərq qonşularının samitini keçirəcək. Samitdə bir neçə tərəfdaş ölkələrlə daha dərin siyasi və iqtisadi münasibətlərin əsasının qoyulacağı gözlənir.

Bu tərəfdaşlığa altı post-Sovet ölkəsi – Ukrayna, Belarus, Moldova, Ermənistan, Azərbaycan və Gürcüstan daxildir. Samitdə Ukrayna ilə Assosiasiya Müqaviləsinin imzalanmasına dair AB noyabrın 18-də qərar verəcək.

“AB PRİNSİPLƏRİNDƏN ƏL ÇƏKMƏMƏLİDİR”


Bəyanatda qeyd olunur ki, 2013-cü ilin əvvəlində AB ilə Azərbaycanın Assosiasiya Sazişi üzrə danışıqları dayanıb. AB, Azərbaycan hökumətinin insan hüquqları və hüququn aliliyi məsələləri üzrə irəliləyişin olmamasından getdikcə daha çox məyus olub. Azərbaycan hökuməti isə aydın şəkildə bildirib ki, insan hüquqlarına dair şərtlərin olmayacağı, ancaq ölkənin geo-strateji əhəmiyyətinin vurğulanacağı bir sənəddə maraqlıdır.

Human Rights Watch vurğulayır ki, son bir ildə hökumət siyasi fəallar, digər tənqidçilərlə bağlı geniş miqyaslı və misli görünməmiş hücuma keçib.

“Heç də təəccüblü deyil ki, hökumət insan haqlarını AB ilə münasibətlərdən kənar tutmaq istəyir. Ancaq AB prinsiplərindən əl çəkməməlidir,” qurumun Avropa və Orta Asiya direktoru Hugh Williamson belə deyib.

Bəyanatda Şərq Tərəfdaşlığının digər üzv ölkələrindəki insan haqları pozuntularından da bəhs olunur.
XS
SM
MD
LG