Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:03

Daha bir «Facebook» qalmaqalı hüquq müstəvisinə keçib


Vuqar Qədirov
Vuqar Qədirov
-
Vüqar Qədirov dekabrın 5-də səhər saatlarında yenidən İmişli rayon polis idarəsinə çağrılıb və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Vüqar Qədirova o da bildirilib ki, Cinayət Məcəlləsinin 148- ci maddəsi ilə cinayət işinin açılması üçün toplanmış materiallar prokurorluğa təqdim ediləcək.

***

DAHA BİR "FACEBOOK" QALMAQALI HÜQUQ MÜSTƏVİSİNƏ KEÇİB

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP İmişli rayon təşkilatının fəalı Vüqar Qədirovun onu “facebook” sosial şəbəkəsində aşağıladığını iddia edərək, Daxili İşlər Nazirliyinə şikayət edib. Vüqar Qədirov bununla bağlı dekabrın 4-də İmişli rayon polis şöbəsinə çağrılıb və ondan izahat alınıb.

AzadlıqRadiosuna danışan Vüqar Qədirov “facebook” üzərindən “atışmanın” prezident İlham Əliyevin “Jurnalistlərin dostu” elan olunduğu tədbirdən sonra başlandığını bildirir:

“POLİS İDARƏSİNƏ ÇAĞRILDIĞIMI EŞİDƏNDƏ TƏƏCCÜBLƏNMƏDİM”

“Həmin tədbirdə Rauf Arifoğlunun iştirakı müxalifət düşərgəsindən olan bir çox insan qınaq və qəzəblə qarşılamışdı. Mən də öz fikrimi açıq şəkildə bildirdim. Bundan sonra Rauf Arifoğlu ilə fərdi olaraq yazışmışıq. Şikayət edəcəyi ilə bağlı məni hədələdiyindən, polis idarəsinə çağrıldığımı eşidəndə təəccüblənmədim”.

Saat 14-də yaşadığı evə polis əməkdaşlarının gəldiyini deyən AXCP üzvü, 3 saat saxlanıldığını, dindirməyə Daxili İşlər Nazirliyinin yüksək rütbəlii əməkdaşının da qatıldığını söyləyib:

“Rauf Arifoğlu bütün yazışmaları çap edərək şikayətinə artırıb. Məni daha çox hakimiyyətin və prezidentin ünvanına səsləndirdiyim fikirlərlə bağlı sorğu-suala çəkdilər”.

AXCP SƏDRİ İTTİHAM HƏDƏFİNDƏ

Dekabrın 4-dən 5-nə keçən gecə tərəflər arasında “facebook”da daha bir “atışma” yaşanıb. Rauf Arifoğlu Vüqar Qədirovun ona yönəlik təhqirlərini öz səhifəsində olduğu kimi yayıb. Həmin statusun altında da təhqiramiz şərhlər yer alıb. Rauf Arifoğlu iddia edib ki, bu, AXCP rəhbərliyinin yönəltdiyi kampaniyadır. Onun qardaşı Azər Ayxan AXCP sədrinə xitabən yazıb:

“Əli Kərimli, itlərini, zombilərini yığışdır. Əks halda sənə öz metodunla cavab verməli olacağıq. Seçim sənin”.

AXCP üzvündən şikayətinə Rauf Arifoğlu belə haqq qazandırıb :

“Vaxtilə AXCP sədri Əli Kərimli də şəxsən məndən və qardaşım Azər Ayxandan ölkənin baş prokuroruna şikayət edib və biz bu şikayətlərə görə aylarla istintaq altında qalmışıq. Həftələrlə izahat yazmış, bir dəfə də polis vasitəsi ilə saxlanaraq, dustaq maşınında zorla ifadə verməyə aparılmışıq. Hesab edirəm ki, o zaman Əli bəy düz eləmişdisə, indi də mən düz edirəm. Yox, o zaman onun etdikləri səhv idisə, bunu rəsmən etiraf edəndən sonra, mən də hərəkətimə bir daha baxaram...”.

Vüqar Qədirovun müraciəti
Vüqar Qədirovun müraciəti
NAZİRƏ VİRTUAL MÜRACİƏT

Vüqar Qədirov “facebook” üzərindən Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb. “Xüsusi ittiham qaydasinda icraatı nə vaxtdan polis aparır?” - deyə soruşan İmişli sakini vətəndaşın şöbəyə gətirilmə qaydası ilə İmişli rayon polis şöbəsi rəisinin məlumatlandırılmasını xahiş edib.
XS
SM
MD
LG