Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:01

Növbə sənə də çata bilər... [Video]


-
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı bəyanat yayıb.

Leyla Yunus bildirir ki, Azərbaycanda 140 nəfərdən artıq siyasi məhbus və vicdan məhbusu həbsxanada həyatını və sağlamlığını itirir:

“Oktyabrın 9-da hakimiyyətin növbəti dəfə qəsb edilməsindən sonra bütün ölkə boyu saxta ittihamlarla həbs olunan şəxslərin məhkəmə prosesləri gedir.

REAL hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu, eləcə də İsmayıllı hadisələri üzrə həbs olunmuş digər şəxslərin Şəkidə keçirilən məhkəməsi bu adamlar üçün işgəncəyə çevrilib.

Lənkəranda Müsavat funksioneri Yadigar Sadıqovun məhkəməsi cənub bölgəsində yaşayanlara dərs vermək məqsədi daşıyır. Yəni hətta ən ziyalı müəllim də xuliqan kimi qələmə verilib həbsxanaya göndərilə bilər.

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan 8 gənc fəala isə bunu demək istəyirlər: sifarişçi istəsə, 8 yox, lap 8000 nəfər də narkoman-terrorçu tuta bilərik”.

Hüquq müdafiəçisi bildirir ki, prezident seçkisindən ötən iki ay ərzində avtoritar rejimə qarşı çıxan dörd nəfərə hökm oxunub, hüquqşünas Qurban Məmmədov 3 il, ilahiyyatçı Taleh Bağırov 2 il, jurnalist Sərdar Əlibəyli 4 il, bloqçu Rəşad Ramazanov 8 il iş alıb:

“Vətəndaşlar ümid edir ki, susqunluq və itaət göstərməklə hakimiyyətə qarşı çıxanların dəhşətli aqibətini yaşamaqdan sığortalanacaqlar.

Bir çox həmvətənimiz düşünür ki, əsas məsələ ailəni dolandırmaq, uşaqların gələcəyini təmin etməkdir, ona görə də susmaq lazımdır. Günlərin birində elə həmin adamların evlərini sökəndə onlar təəccüblənirlər.

Bu zaman onlar nə ailələrini, nə də evlərini qoruya bilirlər. Anlamaq lazımdır ki, bu gün susursansa, sabah növbə sənə çata bilər”.
XS
SM
MD
LG