Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:06

Başqa respublikalardan Maydan-dakılara köməyə gedənlər


Giorgi Zhvania, Kiyev, 16 dekabr 2013
Giorgi Zhvania, Kiyev, 16 dekabr 2013
-
Kiyevdəki Müstəqillik meydanında onlarla çadır arasında biri özünün ağ-qırmızı rəngi ilə diqqəti çəkir – gürcü bayrağının rəngi ilə.

Çadırın içində Giorgi Zhvania və daha bir neçə gürcü 3 saatdan bir növbə dəyişməklə meydandakı aksiyaçılara ərzaq daşıyır, müxtəlif işlərdə kömək edirlər.

Gürcülər də Kiyev meriyasının binasında yatırlar. Bina dekabrın 1-də mitinqçilər tərəfindən zəbt edilib.

Zhvania Gürcüstandakı “Azad zona” adlı qeyri-hökumət təşkilatında çalışır.

O, Ukraynada avrointeqrasiya tərəfdarlarının aksiyaları başlayandan bəri Kiyevdədir:

"Burda avromeydanda biz gürcülər 10 nəfərik. Mən Ukraynadakı korrupsiyalaşmış hökumətdən canını qurtarmaq istəyən ukraynalı qardaşlarımla çiyin-çiyinə mübarizə aparmaq üçün bura gəlmişəm. Bir də Ukraynanın gələcəyinin Avropa ilə bağlı olmasını təmin etmək üçün. Bu bizim hamımızın arzusudur”.

MÜXALİFƏT LİDERİNİ UKRAYNAYA BURAXMAYIBLAR
Mikheil Saakashvili (ortada) Kiyevdə etirazçılara dəstək olur, 7 dekabr 2013
Mikheil Saakashvili (ortada) Kiyevdə etirazçılara dəstək olur, 7 dekabr 2013

Avromeydanda keçmiş sovet respublikalarından gəlmiş yüzlərlə aksiyaçı var. O cümlədən Gürcüstandan, Belorusdan, Moldovadan gələnlər.

Hətta Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili də gəlib aksiyaçılara dəstək olmuşdu. Eləcə də Azərbaycandan müxalifət lideri İsa Qəmbər, Moldovadan Vlad Filat.

Onların hamısı Kiyevdəki etirazçılar
İsa Qəmbər Kiyevdəki aksiyada çıxış edir, 15 dekabr 2013
İsa Qəmbər Kiyevdəki aksiyada çıxış edir, 15 dekabr 2013
kimi öz ölkələrinin Rusiyanın təsir dairəsindən çıxmasını istəyirlər.

Amma heç də hamı bura gələ bilmir. Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsova dekabrın 12-də Ukrayna ərazisinə daxil olmağa icazə verilməyib.

Amma Rusiyada həbsdə olan “Pussy Riot” rok qrupunun üzvü Natalia Tolokonnikovanın əri Verzilov Kiyevə gələ bilib.

O iki ölkədəki kütləvi etirazları müqayisə edir:

“Meydandakı etirazlara qatılan yüz minlərlə insan mənə bu ölkədə 2004-cü ildə baş verən inqilabı xatırladır. Təəssüf ki Moskvada 2011-ci ilin dekabrında başlanan kütləvi aksiyalar 20 ildən sonra mülki cəmiyyətin oyanışı olsa da, 2012-ci ilin prezident seçkilərindən sonra cəmiyyət mübarizəyə belə böyük miqyasda davam etməyi bacarmadı.

"MİNSKDƏ BELƏ BİR MƏNZƏRƏNİ TƏSƏVVÜR ETMƏK ÇƏTİNDİR"

Avromeydandakı hadisələr qonşu Belorusdakı repressiv rejim altında yaşayan demokratları da ruhlandırıb.

Orada 2010-cu ildə müxalifətçilərin aksiyaları zorakı üsulla dağıdılmış, yüzlərlə insan kütləvi şəkildə həbsə atılmışdı.

Maria Kvitsinskaya Belorusdakı Gənclər hərəkatının üzvüdür, deyir ki, Kiyevdəki etirazlar miqyasında etirazların təşkilinə onun ölkəsində çox var. İllər keçməlidir ki cəmiyyət buna hazır olsun:

“Ukraynada biz görürük ki, hətta böyük ali məktəblərin rektorları tələbələri mitinqlərə qoşulmağa çağırırlar. Oliqarxlar etirazçılara dəstək üçün pul verir. Hətta özəl şirkətlər də öz işçilərinə mitinqlərə getməyə icazə verir. Buna bənzər bir mənzərəni Minskdə təsəvvür eləmək belə çətindir”.
XS
SM
MD
LG