Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:44

Sevdiyim 10 kitab


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
-

Onlar qorxmurlar, yaltaq deyillər. Onlar qarşılarındakı insanlara dözümlüdür, dinləməyi bacaran, fikir mübahisələrindən yorulmayandırlar...


Şahbaz Xuduoğlu


SEVDİYİM 10 KİTAB


Əsərlər arasında seçim etmək çətindir. Xüsusən bir naşir kimi.

Oxucu üçün daha asandır. Naşir gərək oxusun, nəşr etsin, sonra da oxucuları inandırsın ki, bu kitab oxunmalıdır.

Kitablara olan münasibətim bir neçə meyara görə fərqlənir. Əlbəttə, buraxılan kitabın satılması ilk amildir. Kitab satılmalıdır. Vəssalam. Bu mənə görə ilk meyardır.

Kitabın gözəl, zövqlü, səliqəli, ələ və gözə yatımlı olması da mütləqdir.

Son dərəcə səliqəli, şokolad qutusu kimi bəzəkli kitabı götürüb düşünürəm, görəsən, bu bizim dildə oxunacaqmı?! Mətnə baş vurursan. ölkəsindəki reytinqə baxırsan.

Fikrin qətiləşəndə içindən bir səs də gəlir.

Mənim səs duyumum pis deyil. Ona həmişə inanmağa çalışıram.

Oxuduğum bir kitab mənə təsir etdisə, demək, onun oxucusu olacaq. Buna tam əminəm. Öz oxucularımızı mən uzaqdan, əllərində kitab paketi olmasa belə, hətta yerişlərindən tanıyıram. Onlar, həm digital gənclik, həm də orta yaşın nümayəndələridir.
Albert Camus
Albert Camus

Hərəkətlərində bir əminlik, fikirlərində aydınlıq və dürüstlük var. Onlar qorxmurlar, yaltaq deyillər. Onlar qarşılarındakı insanlara dözümlüdür, dinləməyi bacaran, fikir mübahisələrindən yorulmayandırlar.

Onlar etibarlıdırlar. Soyuq, isti bilməzlər. Yarmarkalaramızı qaçırmazlar. Buraxdığımız kitabları anında əldə edərlər. Lazım gələndə bizimlə bərabər dayanaraq kitabı satarlar.
Digital nəsil Çak Palanik, Selincer, Martin Paj, Beqbeder, Murakami, Mark Levi, Jostein Gaarder, Tabukkini oxuyar. Xanımlar Seselia Ahern, Paulo Koelyo, Fransuaza Saqan, David Nikols, Cudit Maknot, Stefani Meyer, Elizabet Gilberti izlər.
Nisbətən siyasi və ictimai aktiv gənclik Corc Oruel, Tabukki, Filip Moro Defarj, Sartr, Voyniç, Kamyü, Cek Londonun “Martin İden”, Markesin “Patriarxın payızı”, “Yüz ilin tənhalığı”nı, M.Qandinin “Bütün insanlar qardaşdır”, Bzejinskinin “Şahmat taxtası”na üstünlük verir.

Fəlsəfi fikrə üstünlük verənlər isə Nitsşe, Kamyü, Sartr, Erix Fromm, Umberto Ekonu oxuyar.

Bir də var klassika. Onları sabit oxucular sevər. Düma, Tolstoy, Dostoyevski, Remark, Herman Hesse, Heminquey, Stendal, Şarlotta Bronte, Somerset Moem və sair.

Detektiv ustaları Aqata Kristi, Den Braun, Konan Doylun kitablarını nəşr etməkdə davam edirik.

Özünü inkişaf sahəsində isə Karnegi, Kiosaki, Robert Qrin, Cerri Foks, Allen Karr, OSHO, Ronda Bern, Stiven Kovi, John Grey, Robin Şarma bizim əsas seçimlərimizdir.

Türk yazarlarının tam ayrı yeri var. Məncə, bizim oxucu və ədəbiyyatçılarımız Tanpınarı tanımalıdırlar. O cümlədən Orhan Pamukdan sonra Avropa dillərinə sürətlə çevrilən yazarlar həmin an bizdə nəşr olunmalıdır.

İndi qayıdıram seçim etdiyim on kitaba.

Onları belə düzürəm.

1) Con Steynbek “Siçanlar və adamlar”.

2) Corc Oruel “1984”

3) Orhan Pamuk “QAR”

4) Amin Maalof “SƏMƏRQƏND”

5) Sartr “SÖZLƏR”

6) Heminquey “Kilimancaro qarları”

7) Xalid Hüseyninin hər üç əsəri təsirlidir. Məncə, onları belə bölmək olar “Çərpələng ucuran” – dostluq, “Min möhtəşəm günəş” – nifrət, “Və dağlardan səda gəldi” – sədaqət haqqında ən yaxşı əsərlərdi.

8) Murakamı – “Norveç meşəsi”

9) Antonio Tabukki – “Pereyra iddia edir”.

10) Dino Bussati – “Tatar çölü”


“Siçanlar və adamlar” “Balaca Şahzadə” qədər təsirli bir qısa romandır. Dünya ədəbiyyatının bütün işığını sanki bu iki əsər daşıyır.

Onluq daha çox rəqəmlər daxil olsaydı, oraya “Hüzur”,“Mən necə idiot oldum” “Xəz Paltolu Madonna”, “Məsumiyyət Muzeyi”, “Eşq”, “Lolita”, “Heyvanıstan”, “Qara Kitab”I da əlavə edərdim.

Bu siyahını ona görə yazdım ki, YENİ İL bayramlaşmasında kitab seçərkən çətinlik çəkməyəsiz.
XS
SM
MD
LG