Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:32

Prezidentə müraciət: «Zaur Həsənovun özünü yandırmasından təsirlənmisiz...»


Zaur Həsənov
Zaur Həsənov
-
Qarabağ veteranının ölümünə dair cinayət işinin açılmamasına görə Prezident İlham Əliyevə müraciət hazırlanır. Zaur Həsənov dekabrın 25-də Bakının mərkəzində özünü yandırıb və 4 gün sonra xəstəxanada keçinib.

Yanvarın 1-də yaradılmış facebook müraciətində deyilir:

“İNTİHARA MƏCBUR EDİBLƏR...”

“KİV-dən məlumdur ki, siz Zaur Həsənovun özünü yandırmasından təsirlənmisiniz və bu hadisədən sonra onun həyatda qalması üçün bir dövlət başçısı olaraq əlinizdən gələn hər hansı köməyi əsirgəməmisiniz. Lakin buna baxmayaraq Zaur Həsənovun həyatda qalması mümkün olmadı, çünki onun yaraları çox ağır idi... KİV-də, xüsusilə internetdə yayılan məlumatlardan o da məlum olur ki, mərhum Zaur Həsənovun intihar etməsinin ciddi səbəbləri vardı. O, öz xoşu ilə intihar etməyib, ona qarşı edilən haqsızlıqlara etiraz etmək üçün, özünü yandırmaq yolu ilə nümayişkaranə surətdə intihar etməyə məcbur olub. Başqa sözlə, vəzifəli məmurlar bəzən vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməklə – etdikləri qeyri-qanuni hərəkətləri ilə, bəzən isə vəzifə səlahiyyətlərini yerinə yetirməməklə – hərəkətsizliyə yol verməklə, Zaur Həsənovu intihar etməyə məcbur ediblər”.

Müraciətdə daha sonra qeyd olunur ki, Zaur Həsənovun intiharı bütün Azərbaycanı sarsıtsa da, hələ də Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə – özünü öldürmə dərəcəsinə çatdırma maddəsi ilə cinayət işi açılmayıb.

“BAŞ PROKURORLUĞA GÖSTƏRİŞ VERİN”

“Bu isə o deməkdir ki, Zaur Həsənovu intihara məcbur edən vəzifəli şəxslər, hüquqi cəhətdən məsuliyyətdən yayınacaqlar və cəzasız qalacaqlar! Xahiş edirik ki, Zaur Həsənovun intiharı ilə bağlı olaraq, qüvvədə olan qanunvericilikdə nəzərdə tutulduğu kimi CPM-nin 125-ci maddəsi ilə – özünü öldürmə dərəcəsinə çatdırma maddəsi ilə cinayət işinin açılması barədə Baş Prokurorluğa göstəriş verəsiniz”.

Müraciət yanvarın 7-də, yeni ilin ilk iş günündə Prezident Administrasiyasına təqdim olunacaq.

Zaur Həsənovun etirazına səbəb 1995-ci ildən bəri Bibiheybətdə işlətdiyi kafenin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə sökülməsi olub. Baş Prokurorluq bildirib ki, veteranının özünü yandırması fakt üzrə «məhkəmə-tibbi ekspertizanın təyin edilib». Olaya görə kimsənin cəzalandırılmaması ölkə mediasında və vətəndaş cəmiyyətində narazılıq doğurub.
XS
SM
MD
LG