Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:30

A.Gül: «Korrupsiya halları ört-basdır edilərsə, cəmiyyət çürüyər»


Abdullah Gül
Abdullah Gül
-
«Korrupsiya halları ört-basdır edilərsə, cəmiyyət çürüyər. Bu məsələnin üstünə getmək lazımdır».

apa-nın xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Abdullah Gül «Habertürk» telekanalının canlı yayımında ölkədə baş verən son hadisələrə dair jurnalistlərin suallarını cavablandırarkən deyib.

A.Gül bildirib ki, prokurorların və məhkəmələrin vəzifəsi qanunsuzluqları qanun çərçivəsində ortaya çıxarmaqdır:

«Heç bir şeyin üstü qapadıla bilməz. Yanlış əməlləri olmayanlar bundan qorxmamalıdır».

Prezident 17 dekabrda başlayan korrupsiya əməliyyatı ilə Gəzi Parkı hadisələri arasında paralellik quran və bunu xarici qüvvələrin hökumətə qarşı oyunu olduğunu deyən Erdoğan-la razılaşmayıb:

«Gəzi olayları ilə korrupsiya istintaqını bir-biri ilə əlaqəli görmürəm. İkisi bir-birindən ayrı məsələlərdir».

A.Gül nurçuların dövlət içində dövlət qurduqları barədə baş nazirin bəyanatlarına da münasibət bildirib. O deyib ki, dövlət içərisində ayrı bir dövlət və ya paralel strukturlar ola bilməz və olmamalıdır:

«Bu tip məsələlərdə şəffaflıq önəmlidir. Dövlət qurumları Konstitusiyaya, qanunlara, iyerarxiyaya diqqət etməlidir. Qurumun xaricindən hansısa təlimat almaq və ya kənara məlumat ötürmək kimi hallar əsla olmamalıdır. Belə şeylər olarsa, təbii ki, araşdırılmalıdır və lazımi addımlar atılmalıdır».

Dövlət başçısı daha bir məsələdə də Erdoğan-dan fərqli mövqe ortaya qoyub. O, parlament üsul-idarəsinin Türkiyə üçün daha uyğun olduğunu vurğulayıb:

«Mən parlament sisteminin Türkiyə üçün daha uyğun olduğunu düşünürəm. Amma çoxluq istəsə, prezident üsul-idarəsi ola bilər».
XS
SM
MD
LG