Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:42

Azərbaycan İqtisadi Azadlıq İndeksində 178 ölkə arasında 81-cidir


Screenshot of 2014 Index of Economic Freedom
Screenshot of 2014 Index of Economic Freedom
“İqtisadi azadlıq yenə artır”- Heritage Fondunun və Wall Street Journal qəzetinin birgə hazırladığı İqtisadi Azadlıq İndeksi adlı hesabat bu nəticəyə gəlib.

20-ci ildir ki, çıxan hesabatda dünyada iqtisadi azadlıq 60,3 bal qiymətini alıb. Bu da keçən ildəkindən 0,7 bal çoxdur və ümumiyyətlə, indeksin 20 illik tarixində dünya üzrə ən yüksək göstəricidir.

2014-cü il İqtisadi azadlıq İndeksində 43 ölkə öz tarixlərində ən yüksək qiyməti alıb. 114 ölkədə iqtisadi azadlıq artıb.

“İqtisadi Azadlıq – 2014”-də Azərbaycan iqtisadi azadlığa görə 178 ölkə arasında 81-ci yerdədir. Azərbaycanın qonşuları aşağıdakı yerlərdədir:

Gürcüstan - 22
Ermənistan – 41
Qazaxıstan – 67
Rusiya – 140
İran – 173

1995-ci ildə yaradılan İqtisadi Azadlıq İndeksi 4 sahədə iqtisadi azadlığı müəyyən edir. Bu sahələr qanunun aliliyi, tənzimləmənin effektivliyi, hökumətin məhdud müdaxiləsi və açıq bazardır.

178 ölkənin hər birində bu sahələr üzrə iqtisadi azadlığın orta qiyməti çıxarılır. 80 baldan çox yığan iqtisadi azad ölkədir. 70-79,9 arası bal toplayan “əsasən azad”, 60-69,9 arası bal toplayan “orta hesabla azad” , 50-59,9 arası bal toplayan “əsasən qeyri-azad” ölkə hesab olunur. 50 baldan az toplayan ölkə isə iqtisadi azadlııq sıxışdırılan ölkədir.

Azərbaycan 61,3 bal yığıb və orta hesabla azad ölkələr sırasındadır.

Azərbaycanda keçən illə müqayisədə iqtisadi azadlıq 1,6 bal artıq toplayıb, yəni bu bir ildə hesabat müəlliflərinin fikrincə, Azərbaycanda iqtisadi azadlıq artıb.

Dünyada iqtisadi azadlığın ən çox olduğu yer Honq Konqdur – 90 bal.
İkinci yerdə Sinqapur gəlir – 89 bal.

3-cü yerdəki Avstraliya 82 balla dünyanın iki liderindən xeyli geridədir.
XS
SM
MD
LG