Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:07

Prezident mitinqlərə məhdudiyyət qoydu


Ukrayna - Hökumətə qarşı aksiyada prezidentin "baş-ayaq" şəkli. Kiyev, 26 dekabr 2014
Ukrayna - Hökumətə qarşı aksiyada prezidentin "baş-ayaq" şəkli. Kiyev, 26 dekabr 2014
-
Ukrayna prezidenti Viktor Yanukovych kütləvi etirazlara məhdudiyyətlər qoyan mübahisəli qanunu imzalayıb.

Qüvvəyə minən qanun küçə və meydanlarda icazəsiz olaraq çadırların, tribunaların qurulmasını qadağan edir. Buna görə 640 dollara qədər cərimə, yaxud 15 günlük həbs cəzası müəyyən edir.

İcazəsiz aksiyaları avadanlıq, əşya ilə təmin edən şəxslər isə 1270 dollar cərimə ediləcək, yaxud da 10 günlük həbslə cəzalandırılacaq.

Bundan başqa Yanukovych Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərə görə, böhtan yenidən cinayət əməli kimi qəbul edilir, məmurların tənqidlərdən qorunması üçün əlavə imkanlar açılır.

Bu dəyişiklikləri bir müddət əvvəl parlament təsdiq etmişdi. Parlament Yanukovych-in Regionlar Partiyasının nəzarətindədir.

Həm ABŞ, həm də Avropa Birliyi qanunun qəbulunu sərt tənqid etmişdi.
XS
SM
MD
LG