Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:48

XİN «Freedom House»u qərəzli mövqedə günahlandırır


Elman Abdullayev
Elman Abdullayev
-
Azərbaycanın Xarici İşlər Nazirliyi «Freedom House» təşkilatının son hesabatına etiraz edir.

Nazirliyin sözçüsü Elman Abdullayevin «facebook» profilində yaydığı məlumatda deyilir ki, öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış «qondarma rejim»ə yer verməsi və bu rejimi «qiymətləndirilmə cədvəli»nə daxil etməsi bu təşkilatın qərəzliliyini göstərir.

«Bu cür yanaşma ilə «Freedom House» təşkilatı və onun himayədarları öz qərəzli mövqelərini, həqiqi simalarını bir daha ortaya qoymuş olurlar» - XİN rəsmisi bildirir.

«Freedom House» təşkilatının yanvarın 23-də yayılan hesabatı 195 ölkəni və 14 ərazini əhatə edir. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi həmin hesabatdakı «mübahisəli ərazi» cədvəlində «qismən azad» ərazi kimi xarakterizə olunur.
XS
SM
MD
LG