Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:49

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
11:05 29.1.2014
-
Ukraynada müxalifət hakimiyyətdən hökumətin istefası və növbədənkənar prezident seçkilərinin keçirilməsini gözləyir.

Bunu UDAR Partiyasının lideri Vitali Klichko deyib.

Kiyevdəki Müstəqillik meydanında çıxışı zamanı Klichko deyib ki, müxalifət milisin saxladığı bütün fəalların azad olunması üçün əlindən gələni edəcək.

Ukraynadakı siyasi böhranın həlli üçün Ali Radanın təcili çağırılmış iclası bu gün də davam edəcək.

Dünən prezident Viktor Yanukovych baş nazir Nikolay Azarovun istefasını qəbul edib. Ali Rada vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran 12 qanundan 9-nu ləğv edib. Bir həftə əvvəl qəbul olunan bu qanunlar müxalifətin etirazlarının başlamasına və Kiyevdə qurbanlarla nəticələnən toqquşmalara səbəb olmuşdu.

Ali Rada bu günkü iclasında kütləvi aksiya iştirakçılarına qarşı amnistiya tətbiq olunmasını müzakirə edəcək. Dünən kompromisə nail olmaq mümkün olmayıb.

ABŞ-ın vitse-prezidenti Joe Biden Ukrayna prezidenti Viktor Yanukovychlə telefon söhbətində parlamentin yanvarın 16-da qəbul etdiyi qanunu ləğv etməsini və Nikolay Azarovun istefasını “irəliləyiş” adlandırıb. Biden Yanukovychyi müxalifətlə kompromisə gəlmək üçün danışıqları davam etdirməyə çağırıb.

Avropa Birliyinin xarici siyasət üzrə nümayəndəsi Catherin Ashton bu gün Ukrayna müxalifətinin liderləri və prezident Viktor Yanukovychlə danışıqlar aparmağı planlaşdırır.
04:16 29.1.2014
YANVARIN 28-DƏ AVROMAYDANDA

Müxalifət Ali Radanın qərarlarını alqışlayır amma meydandan getməyə hələ tələsmir.

AzadlıqRadiosu Ukrayna xidməti bütün yanvarın 28-də gecəyarısınadək Avromaydandan və Grushevski küçəsindəki barrikadalardan canlı yayım apararıb. Canlı yayımın YT təkrarına burada baxmaq olar.


02:34 29.1.2014
BAŞ NAZİR GETDİ, MÜXALİFƏT BARRİKALARDA QALIR
Kiyevdə polislə aksiyaçılar üz-üzə dayanıb, gərginlik səngimir
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00


Ukrayna hakiiyyəti kompromisslərə gedir. Palmanet 12 gün əvvəl qəbul etdiyi qərarları ləğv etdi, baş nazir istefa verdi. Müxalifətin əsas tələbləri - amnistiya və növbədənkənar prezident seçkiləri məsələlərinin müzakirəsi yanvarın 29-dək təxirə salındı. Parlament fasiləyə çıxdı, amma küçə və barrikadalrda polislrə etirazçılar üz-üzə durublar. Ukrayna böhrandan çıxdı nəticəsinə gəlmək hələ tezdir.

Davamı

XS
SM
MD
LG