Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:23

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
11:05 29.1.2014
-
Ukraynada müxalifət hakimiyyətdən hökumətin istefası və növbədənkənar prezident seçkilərinin keçirilməsini gözləyir.

Bunu UDAR Partiyasının lideri Vitali Klichko deyib.

Kiyevdəki Müstəqillik meydanında çıxışı zamanı Klichko deyib ki, müxalifət milisin saxladığı bütün fəalların azad olunması üçün əlindən gələni edəcək.

Ukraynadakı siyasi böhranın həlli üçün Ali Radanın təcili çağırılmış iclası bu gün də davam edəcək.

Dünən prezident Viktor Yanukovych baş nazir Nikolay Azarovun istefasını qəbul edib. Ali Rada vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran 12 qanundan 9-nu ləğv edib. Bir həftə əvvəl qəbul olunan bu qanunlar müxalifətin etirazlarının başlamasına və Kiyevdə qurbanlarla nəticələnən toqquşmalara səbəb olmuşdu.

Ali Rada bu günkü iclasında kütləvi aksiya iştirakçılarına qarşı amnistiya tətbiq olunmasını müzakirə edəcək. Dünən kompromisə nail olmaq mümkün olmayıb.

ABŞ-ın vitse-prezidenti Joe Biden Ukrayna prezidenti Viktor Yanukovychlə telefon söhbətində parlamentin yanvarın 16-da qəbul etdiyi qanunu ləğv etməsini və Nikolay Azarovun istefasını “irəliləyiş” adlandırıb. Biden Yanukovychyi müxalifətlə kompromisə gəlmək üçün danışıqları davam etdirməyə çağırıb.

Avropa Birliyinin xarici siyasət üzrə nümayəndəsi Catherin Ashton bu gün Ukrayna müxalifətinin liderləri və prezident Viktor Yanukovychlə danışıqlar aparmağı planlaşdırır.
10:39 30.1.2014
-
Ukrayna parlamenti etiraz aksiyasında saxlananların azad olunmasını vəd edən amnistiya aktını qəbul edib.

Hakim “Regionlar partiyası”ından olan deputat Yuri Miroshnichenko-nun hazırladığı layihənin lehine 232 deputat səs verib. Səsvermədə müxalifət iştirak etməyib.

Sənədə görə, amnistiya haqqında qanun aksiyaçıların tutduqları yerli idarəetmə binalarını azad edəndən sonra qüvvəyə minəcək. İnterfax-ın məlumatına görə, amnistiya aktı ağır cinayətlər törətmiş şəxslərə şamil olunmayacaq.

Yanvarın 29-da Ukrayna prezidenti və müxalifətilə görüşü üçün Kiyevə səfər edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Catherine Ashton tərəfləri “real dialoq”a çağırıb.

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır.

Bunu aksiyaçılar qarşısındakı çıxışında müxalifətdən olan “Azadlıq” partiyasının lideri Oleg Tyahnibok deyib.

Müxalifət nümayişçilərin güclə dağıdılmasına yol verməmək üçün aksiyaçıların toplandığı meydanların mühafizəsini daha da gücləndirib.

Davamı

XS
SM
MD
LG