Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:41

20-ci sahədəki jurnalistlərin binasına bu qədər pul xərclənib


Jurnalistlərə mənzil verildi - [Video]
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Jurnalistlərə mənzil verildi - [Video]

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2013-cü il üçün fəaliyyəti haqqında hesabatını yayıb.

Hesabatda deyilir ki, jurnalistlər üçün Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, 2 girişdən və 156 mənzildən ibarət yaşayış binasının tikintisi və təmirinə 22 milyon 396 min 316 manat sərf olunub.

2 MİLYON MANATDAN ÇOX KİV LAYİHƏLƏRİNƏ

2013-cü ilin dövlət büdcəsindən Fonda 3 milyon 903 min 483 manat vəsait ayrılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə keçirilən fərdi jurnalist yazı müsabiqələri üçün əlavə mənbələrdən 38 min 940 manat vəsait cəlb edilib. Dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin 2 milyon 460 min 712 manatı KİV layihələrinin maliyyələşməsinə, 112 min 414 manatı işçilərə əmək haqqı və mükafatların verilməsinə, 24 min 731 manat Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə, 242 min 153 manat jurnalist yazıları müsa­biqəsi qaliblərinin mükafat­lan­dırılmasına və jurnalist müsabiqəsi tədbirlərinin təşkilinə xərclənib.

Fond digər layihələrin və tədbirlərin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf edib.

10 MİN MANAT XƏRCLƏNMƏYİB

Bundan başqa, "Azərbaycan”, "Göyər­çin”, "Günəş”, "Qobustan”, "Literaturnıy Azerbaydjan”, "Ulduz” jurnallarına və "Ədəbiyyat”, "Savalan” qəzet redaksiyalarına 709 min 262 manat ayrılıb, bu vəsaitin 708 min 671 manatı xərc­lənib

Fond il ərzində sair xərclərə 135 min 408 manat vəsait sərf edib. Fondun maddi - texniki bazasını gücləndirmək məqsədi ilə lazımı inventarların alınması üçün 20 min manat xərclənib.

Fonda ayrılmış 3 milyon 903 min manatdan 3 milyon 893 min ma­natı istifadə olunub, bank xərcləri üçün ayrılmış vəsaitdən 10 min 368 min manatı xərclənməyib və həmin vəsait dövlət büdcəsinə məxaric edil­ib.
XS
SM
MD
LG