Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:28

Dünyanın 200-dən çox yazıçısı Kremlə müraciət etdi


Rusiya - prezident Putin biatlon kompleksində, Soçi, 9 mart 2012
Rusiya - prezident Putin biatlon kompleksində, Soçi, 9 mart 2012
-

Soçi Olimpiadası ərəfəsində dünyanın 200-dən çox yazıçısı Rusiya hökumətinə açıq məktubla müraciət edib.

“Oxu zalı” Britaniyanın “The Guardian” qəzetinə istinadla xəbər verir ki, “Rusiyada ifadə azadlığının boğulmasına qarşı” yönələn açıq məktuba imza atanlar arasında Salman Rushdie, Orhan Pamuk, Elfriede Jelinek, Julian Barnes, Günter Grass, Jonathan Franzen, Jostein Gaarder kimi məşhur yazarlar da var.

Onlar həm “anti-gey qanunu”nun, həm də “küfrə qarşı qanun”un, “böhtana görə cinayət təqibini mümkün edən” qanunun Rusiyada ifadə azadlığına zərbə olduğunu vurğulayırlar.
Salman Rushdie
Salman Rushdie

Rusiya hökuməti bu yaxınlarda qəbul edilmiş “homoseksuallığın təbliğini qadağan edən” qanunun heç də geylərə qarşı yönəlmədiyini, sadəcə, uşaqları qeyri-ənənəvi əlaqələr barədə təbliğatdan qorumağa xidmət etdiyini bildirir.

Jonathan Franzen
Jonathan Franzen
Hökumət gey atletlərin də rahat şəkildə Soçiyə ​gələ biləcəyini, amma hansısa paradlar, yaxud başqa ictimai tədbirlər keçirmələrinin mümkün olmayacağını bildirir.

Açıq məktubun təşəbbüskarı olan Beynəlxalq Pen təşkilatı isə 2012-ci ildə Putinin prezidentliyə qayıtmasından sonra Rusiyada ifadə azadlığının məhdudlaşdırılması yönündə sərt addımların atıldığını deyir.

Rushdie “The Guardian”a açıqlamasında deyib ki, onun açıq məktubu imzalamaqla qoşulduğu kampaniya demokratik dəyərlərə dəstək baxımından üçün çox mühümdür.

Xüsusən də rus yazıçıları, rəssamları üçün.

Yazıçı Neil Gaiman isə qeyd edib ki, insanın fikirlərinə görə həbsə atılması düzgün deyil.

Yəni əgər kiminsə sözü xətrinə dəyibsə, buna sözlə cavab verə bilərsən.

“Mən ümid edirəm ki, cənab Putin bu məktubu oxuyacaq və seçilən istiqamət dəyişdiriləcək” – deyə yazıçı qeyd edib.

Məktubu imzalayan rus yazıçısı Lüdmila Ulitskaya isə bildirib ki, Rusiya hökuməti mədəniyyət sahəsini ideologiyaya uyğunlaşdırmağa çalışır, bu da sovet dövrünün təbliğatını xatırladır.

"Bir çox Rusiya vətəndaşı kimi mən də ifadə azadlığına qoyulan məhdudiyyətlərin artmasından çox narahatam” – deyən yazıçı dalbadal qəbul edilən yeni qanunların, bundan başqa bürokratiyanın Rusiyada insanların həyatının bir çox sahələrinə ciddi təsir etdiyini vurğulayır.
XS
SM
MD
LG